Gündəm
Almaniyaya Polşadan sillə - Nasistlərə görə, 6 milyard tələb edir
Polşa Almaniyadan 5,9 milyard avro təzminat tələb edir. Polşa prezidenti Andjey Duda daxil ölkənin bir çox siyasətçilərinin daim bəhs etdikləri təzminat məsələsi artıq kampaniyaya çevrilib. Prezident II Dünya müharibəsi zamanı nasistlərin ölkəyə verdikləri zərərə görə Varşavanın milyardalarla dollar təzminat istəməyə haqqı olduğunu bildirib. Kampaniyanın şüarı olan ” Təzminat sizi müstəqilləşdirir” şüarı da elə nasistlərin Polşadaki Auşvitz kampının qapısına yazılan “İşləmək sizi müstəqilləşdirir” cümləsindən götürülüb.
Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı rəsmi AÇIQLAMA verdi
Dövlət İmtahan Mərkəzi Azərbaycanda test imtahanının ləğv edilməsi məsələsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Dövlət İmtahan Mərkəzindən cavab olaraq bildirilib ki, mərkəz ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, attestasiyasını həyata keçirən, təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirən publik hüquqi şəxsdir. Buraxılış imtahanları və ali məktəblərə tələbə qəbulu yenə də Dövlət imtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
Rusiyada 24 azərbaycanlı tutuldu
İnquşetiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 Azərbaycan vətəndaşı saxlanılıb. İnquşetiya Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, azərbaycanlılar Nazranda aparılan yoxlamalar nəticəsində tutulub. Həmyerlilərimizə qarşı administrativ protokollar hazırlanıb.
Azərbaycanlı aktyorun çənəsini sındırdılar
Bakı Bələdiyyə Teatrının aktyoru, bir çox serialların baş qəhrəmanı Elxan Rzanın çənəsi sınıb. Aktyor kütləvi şəkildə dava edənləri ayırmaq üçün araya girib, nəticədə xəsarət alıb.
""Qarabağ"ın bu zəfərinin siyasi əhəmiyyəti çox böyükdür" - Rauf Əliyev
"Qarabağ" futbol klubu Azərbaycanın futbol tarixində ilk dəfə olaraq Avropa Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək. Bu, böyük tarixi qələbədir. Bu barədə açıqlamasında millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev bildirib.
Avropa İttifaqının Azərbaycana yeni səfiri təyin olundu
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycana yeni səfir təyin edib. Yeni səfir Kestutis Yankauskasdır. O, hazırda Gürcüstanda Aİ Monitorinq Missiyasına rəhbərlik edir. Kestutis Yankauskas bu vəzifədə Malena Mardı əvəzləyəcək.
Dayə ona əmanət olunan uşağı sobada yandırdı
Uşağa qarşı qəddarlıq edən dayə 15 il müddətinə azadlıqdan məhrum edilib. Lidia Quillaqana adlı qadın 3 yaşlı uşağın əlini və ayağını sobada yandırıb, onu saçlarından dartaraq qaldırıb və iri oyuncağın içərisində bağlı saxlayıb.
Piyadanı vurub qaçan sürücü saxlanıb
Avqustun 15-də saat 06 radələrində naməlum şəxs idarə etdiyi "VAZ-21060" markalı "61-BD-570" dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Göygöl yolunun Gülüstan qəsəbəsi ərazisində yolu keçən piyada, qəsəbə sakini Qocayev Rahib Əsədulla oğlunu vuraraq bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
PSJ ilə "Monako" Mbappe transferində razılığa gəldi
PSJ "Monako"nun hücumçusu Kilina Mbappenin transferinin son detallarını razılaşdırıb və tezliklə sövdələşməni rəsmən elan edəcək. "Le Parisien" nəşrinin yazdığına görə, monakolular parislilərin son təkliflərini qəbul ediblər və Kiliana görə 150 milyon avro və bir oyunçu almalıdırlar.
"Nəticə istədiyimiz kimi olmadı" - "Kopenhagen"in futbolçusu
Birinci hissəni yaxşı oynadıq. Müdafiədə yaxşı təsir bağışladıq. Rəqibə qol imkanları yaratmağa imkan vermədik və istədiyimiz qolu vurduq. Bu sözləri "Kopenhagen"in futbolçusu Benjamin VerbiçÇempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab matçından (2:1) sonra klubun saytına deyib. O, fasilədən sonra bəzi məqamlarda oyuna nəzarəti itirdiklərini bildirib: "Yaxşı matç oldu. Ancaq nəticə istədiyimiz kimi olmadı".
Valideynlər gənc əsgərləri zorlayan erməninin özünü zorladılar
Ermənistanın hərbi qulluqçusu Andranik Mkrtçyanın ölümünün təfərrüatları məlum olub. Avqustun 20-də Ermənistan Müdafiə Nazirliyi hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürüldüyü barədə məlumat yaymışdı. Böyük əks-səda verən ölüm hadisəsinin sonradan, əslində, intihar olduğu bəyan edilib.
"Qarabağ"ı püşkatmada kim təmsil edəcək?
"Qarabağ"ı Çempionlar Liqasının püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib. Klubun meneceri Asif Əsgərov Danimarkada "Kopenhagen"lə "pley-off" mərhələsinin cavab oyunundan sonra birbaşa Monakoya gedib.
Konsert təxirə salındı –SƏBƏB TERROR VİDEO
Hollandiyadanın Rotterdam şəhərində amerikalı musiqi qrupunun konserti təxirə salınıb. "Olaylar" bildirir ki, konsertdən öncə ərazinin təhlükəsizliyini yoxlayan polislərin diqqətini şübhəli mikroavtobus çəkib. Avtobus sürücüsünü saxlayan polislər, insanların təhlükəsizliyinin təmin olunması səbəbi ilə qrupun konsertini təxirə salıblar.
Astan Şahverdiyev: ""Qarabağ"ın qələbəsi məni maraqlandırmır"
Millət vəkili Astan Şahverdiyev "Qarabağ" FK-nın qələbəsi ilə bağlı münasibət bildirib. Millət vəkili "Qarabağ FK" ilə maraqlanmadığını deyib: "Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, "Qarabağ" Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu, bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi "Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarıblar. Bu, artıq bayram olar".
Deputat: "Ermənistan öz müttəfiqini satmağa hazır olduğunu bir daha göstərdi"
Ermənistan müttəfiqi adlandırdığı Rusiyanın gərgin münasibətlərdə olduğu NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməklə özünün ikiüzlü siyasətini bir daha ortaya qoyur.














