PSJ ilə "Monako" Mbappe transferində razılığa gəldi

PSJ "Monako"nun hücumçusu Kilina Mbappenin transferinin son detallarını razılaşdırıb və tezliklə sövdələşməni rəsmən elan edəcək. "Le Parisien" nəşrinin yazdığına görə, monakolular parislilərin son təkliflərini qəbul ediblər və Kiliana görə 150 milyon avro və bir oyunçu almalıdırlar.

Maliyyə feyr-pleyini pozmamaq üçün Neymara görə 222 mln. avro ödəmiş "qırmızı-göylər" bir sıra futbolçularını satmalıdır. Klubu Serj Orye, Hatem Ben-Arfa, Qjeqoj Krıxovyak, Qonsalu Quedeş, Lukas Moura, Yulian Draksler və Anhel Di Mariya tərk edə bilər. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31