"Nəticə istədiyimiz kimi olmadı" - "Kopenhagen"in futbolçusu

Birinci hissəni yaxşı oynadıq. Müdafiədə yaxşı təsir bağışladıq. Rəqibə qol imkanları yaratmağa imkan vermədik və istədiyimiz qolu vurduq. Bu sözləri "Kopenhagen"in futbolçusu Benjamin VerbiçÇempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab matçından (2:1) sonra klubun saytına deyib. O, fasilədən sonra bəzi məqamlarda oyuna nəzarəti itirdiklərini bildirib: "Yaxşı matç oldu. Ancaq nəticə istədiyimiz kimi olmadı".

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən (1:0, 1:2) səfərdə vurduğu qol hesabına tarixində ilk dəfə olaraq ÇL-in qrup mərhələsinə yüksəlib. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31