Gündəm

31 il sonra yenə müəmmalı cinayət - Dənizdən tapılan başsız qadın gövdəsi

24 Avqust 2017 12:33

Danimarkada polis 1986-cı ildə törədilən cinayətin üstü açılmamış cinayətlə bağlı araşdırma aparır. Bir neçə gün əvvəl Danimarkanın paytaxtı Kopenhagendə, Koge Bay limanında başsız və əl-ayaqsız insan gövdəsi tapılıb. Dünən onun isveçli jurnalist Kim Valla aid olduğu təsdiq edilib. 

Ali Baş Komandan yeni inşa edilmiş sərhəd gözətçi gəmisi ilə tanış olub, yenisinin təməlini qoyub

24 Avqust 2017 12:03

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 24-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.

Rusiyanın Sudandakı səfiri ölü tapıldı

24 Avqust 2017 12:03

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinski evində ölü tapılıb. “Olaylar” bildirir ki, xəbəri Rusiya Xarici İşlər Nazirliyi təsdiqləyib. 2013 – cü ildə Rusiyanın Sudandakı səfiri təyin edilən 63 yaşlı Mirqayıs Şirinskinin ölümünü səbəbləri açıqlanıb. Səfirin cəsədi  Xartum şəhərindəki iqamətgəhındakı hovuzda aşkarlanıb. Onun yüksək qan təzyiqindən əziyyət çəkdiyi söylənilir.

Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 6 elementdən danışıb

24 Avqust 2017 11:59

ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland təqaüdə çıxır. Bu barədə səfir Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada bildirib. R. Hoqland Dağlıq Qarabağda “dayanıqlı sülh” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb. Sadaladığı 6 elementdə səfir danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb: Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.

“Vətəndaş Cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi” - TƏLİM

24 Avqust 2017 11:58

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşları 16 avqust 2017-ci ildə İmisli rayonunda vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakilə 3 günlük təlim keçirib. Təlimin məqsədi vətəndaş cəmiyyəti təmsilçilərinin media bacarıqlarının artırılması, mətbuat ilə işin qurulması, texniki və praktiki bacarıqların genişləndirilməsi olub. Təlimdə press -relizlərin, videoçarxların, bəyanatların, dəvətlərin, açıqlamaların hazırlanması, canlı bloqların aparılması, KİV  və internet movzuları əhatə olunub. 

Üzərinə televizor düşən körpə ölüb

24 Avqust 2017 11:52

Abşeron rayonuun Masazır qəsəbəsində körpənin üzərinə televizor düşməsi nəticəsində dünyasını dəyişib. Məlumata görə, bir yaşlı Zeynalova Səma valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor körpənin üzərinə aşıb. S.Zeynalova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı  araşdırma aparılır. 

Nişanlısı qadın həkimi bıçaqladı

24 Avqust 2017 11:51

Bakının Səbail rayonunda fəaliyyət göstərən tibb müəssisəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə rayonun Bülbül prospektində yerləşən A.A.Kazımov adına 1 saylı Şəhər Poliklinikasında baş verib. Belə ki, poliklinikada həkim işləyən 1972-ci il təvəllüdlü Eyyubova Faizə İslam ilə mübahisə edib. Bu zaman nişanlısı  bıçaqla onun bədəninin bir neçə yerindən xəsarət yetirib.Yaralı təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Rövnəq Abdullayevdən “Qarabağ” açıqlaması

24 Avqust 2017 11:49

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı açıqlama verib. “Olaylar” Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, qurum rəhbəri gələcəyə inamlı danışıb: “Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. 

Şahin Mustafayevin qəbul vaxtı dəyişdirilib

24 Avqust 2017 11:48

İqtisadiyyat naziri Şahin Mustafayevin avqustun 15-də Astarada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Zəvvarların ilk qrupları Həccə yola düşüb

24 Avqust 2017 11:47

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları yola düşüb. “Olaylar” xəbər verir ki, avqustun 24-də səhər saatlarında hər birində 3 zəvvar qrupu olan iki təyyarə Səudiyyə Ərəbistanına uçub.

Şəki sakini intihar edib

24 Avqust 2017 11:45

Şəkidə 53 yaşlı qadın intihar edib. Məlumata görə,  avqustun 23-də saat 21:30 radələrində Şəki şəhəri, Sərdarov küçəsi ev 22 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Mehriban Əlibala qızı Sadıqovanın meyiti yaşadığı ünvanda dəmir borudan asılı vəziyyətdə aşkarlanıb. M. Sadıqovanın hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Daxili orqanında heroin keçirmək istədi

24 Avqust 2017 11:44

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı Qasımov Nicat Fariz oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır

24 Avqust 2017 11:43

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 22 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 3.75 m enində yolun hərəkət hissəsi və 2.25 m enində çiyinlər daxildir. 

Atəşkəsin pozulması halları artır

24 Avqust 2017 11:42

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 139 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

“Nüvə anbarı üzərində...” - ABŞ-a NÖVBƏTİ TƏHDİD

24 Avqust 2017 11:39

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Sülhün müdafiəsi üzrə xalq komitəsi ABŞ və Cənubi Koreyanı növbəti dəfə təhdid edib. Komitənin bəyanat KXDR-in dövlət telekanalında səsləndirilib. Bəyanatda ABŞ və Cənubi Koreyanın birgə təlimləri “nüvə barıt anbarının üstündə odla oyun” adlandırılıb. Bildirilib ki, Pxenyan düşmənçiliyin açıq təzahürünə cavab verəcək.