Gündəm

Türkiyəyə hücum planı: 20 minlik ordu HAZIRDIR

24 Avqust 2017 11:37

PKK terror təşkilatı Suriyanın Afrin bölgəsini “ikinci Qəndil”ə (PKK-nın əsas qərargahı, İraqda yerləşir –red.) çevirib. Bölgədə təlim görmüş 20 min terrorçu var. Qəndildən Ağ dənizə uzadılması planlaşdırılan “terror dəhlizi”nin tərkib hissəsi olan Afrin 2012-ci ildən PKK-nın Suriya qolu olan PYD-nin işğalı altındadır.

"Qarabağ"ın qələbəsi Türkiyə mətbuatında

24 Avqust 2017 11:36

"Qarabağ" futbol komandasının bütün Azərbaycana yaşatdığı sevinc qardaş Türkiyə mediasında da işıqlandırılıb. Türkiyə kütləvi informasiya vasitələrində “Qarabağ çempionlar liqasında”, “Qarabağ çempionlar liqasında ilk Azərbaycan komandası olaraq tarixə keçdi” və sair başlıqlar altında məqalələr dərc olunub.

Qənirə Paşayeva "Qarabağ" üçün səhnədə mahnı oxudu - VİDEO

24 Avqust 2017 11:34

Millət vəkili Qənirə Paşayeva “Qarabağ”ın qələbəsini tamam fərqli şəkildə qeyd edib. O, oyundan sonra keçirilən görüşdə idman formasında səhnəyə çıxıb və klubun qadın fanatları ilə birlikdə “Cənnətim Qarabağ” mahnısını ifa edib.

Baba nəvəsini 5 il tövlədə bağlı saxladı - Hindistanda dəhşət

24 Avqust 2017 11:27

Hindistanda baba doğma nəvəsinə 5 il boyunca zülm verib. O, uşağı 5 il tövlədə, mal-qaranın yanına bağlı saxlayıb. Umeş adlı uşaq əqli qüsurlu olaraq doğulub. Onun valideynləri 5 il öncə HİV virusuna yoluxduqlarına görə ölüblər. Bunlar azmış kimi, uşağa doğma babası işgəncə verib. O, dəcəllik edən uşağın öhdəsindən gələ bilmədiyinə görə onu tövlədə saxlayıb. Uşaq xilas edilib.

Bakıdakı hava nə vaxt normaya düşəcək?

24 Avqust 2017 11:24

Atmosfer havasında müşahidə olunan tozun miqdarı sutka ərzində norma həddinə qədər enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

"Qalatasaray"dan "Qarabağ"a təbrik: QÜRUR DUYDUQ!

24 Avqust 2017 11:22

Türkiyənin "Qalatasaray" idman klubunun İdarə Heyətinin üzvü Ural Aküzüm Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" futbol klubunu təbrik edib.  U.Aküzüm "Facebook" səhifəsində yazıb: "Baba yurdumun komandası "Qarabağ Ağdam"la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm".

Atmosfer havasında tozun miqdarı hər 3 saatdan bir artıb

24 Avqust 2017 11:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. “Olaylar” bildirir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust 2017-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Şəkidə YANĞIN

24 Avqust 2017 11:20

Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinglik ərazisində yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, bələdiyyə torpaqlarında başlayan yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Türkiyə-Ermənistan sərhədləri açılacaq? - Azərbaycanlılar da narahatdır, ermənilər də...

24 Avqust 2017 11:20

"Türkiyənin Avrasiya İqtisadi Birliyinin (AİB) Gömrük İttifaqına (AGİ) üzv ola bilməsi haqda fikir səhvən başa düşülən bir şeydir. Türkiyə, əslində, nə bu İttifaqa daxil ola, nə də bununla bağlı təkliflərlə çıxış edə bilməz.

Qətər Tehrana səfir göndərəcək

24 Avqust 2017 11:15

Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə Qətərin Tehrandakı səfirliyi yenidən bərpa olunacaq. “Olaylar” bildirir ki, nazirlik "Qatar Tehranla ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədir" deyərək, səfirin İrana dönməsinin tarixi haqqında dəqiq məlumat verilməyib.

Yuğ Beynəlxalq Festivalda

24 Avqust 2017 11:13

Avqustun 24 – 28 tarixlərində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilir. Festival Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunub. “Olaylar” bildirir ki, festivalda Azərbaycanı təmsil edən Yuğ Dövlət Teatrının yaradıcı heyəti artıq Qazaxıstandadır. Teatr Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə 26 avqust tarixində qazaxıstanlı tamaşaçıların görüşünə çıxacaq.

Rahidə Baxış və Yaşar Yusub “Retro Bakı” layihəsində

24 Avqust 2017 11:12

Nigar Nigar “Olaylar” Avqustun 25 – 26 – da Fəvvarələr Meydanında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konserti baş tutacaq. “Olaylar” bildirir ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənnilər Rahidə Baxış və Yaşar Yusub olacaqlar.

“Üçüncü günün adamı”  Montreal Beynəlxalq Film Festivalında

24 Avqust 2017 07:26

Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmi beynəlxalq film festivalına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" - a bildirilib ki, yeni ekran əsərinin beynəlxalq təqdimatı 41-ci Montreal Beynəlxalq Film Festivalında baş tutacaq. Festival avqustun 24-dən sentyabrın 4-dək Kanadada keçiriləcək. Qeyd edək ki, Montreal Film Festivalı Şimali Amerikada FIAPF (Kinoprodüserlər Birliklərinin Beynəlxalq Federasiyası) tərəfindən tanınan yeganə müsabiqə film festivalıdır.