Dayə ona əmanət olunan uşağı sobada yandırdı
Uşağa qarşı qəddarlıq edən dayə 15 il müddətinə azadlıqdan məhrum edilib. Lidia Quillaqana adlı qadın 3 yaşlı uşağın əlini və ayağını sobada yandırıb, onu saçlarından dartaraq qaldırıb və iri oyuncağın içərisində bağlı saxlayıb.
24 Avqust 2017 12:56 DünyaUşağa qarşı qəddarlıq edən dayə 15 il müddətinə azadlıqdan məhrum edilib. Lidia Quillaqana adlı qadın 3 yaşlı uşağın əlini və ayağını sobada yandırıb, onu saçlarından dartaraq qaldırıb və iri oyuncağın içərisində bağlı saxlayıb.

Evə kamera yerləşdirən valideynlər qadının uşağa zülm verdiyini görüblər. Onlar qadını polisə şikayət edib, görüntüləri dəlil kimi təqdim ediblər. Lidia uşağa əzab verdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib. Milli.az "Metro"ya istinadla xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31