MHP sədri: “Bu, Türkiyə üçün müharibə səbəbi sayılmalıdır”

“Suriyanın İdlib şəhərinə qarşı keçirilməsi planlaşdırılan əməliyyat Türkiyənin küncə sıxışdırılmasıdır”. Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə sərhədində “Əl-Qaidə” terror təşkilatının mövcudluğu barədə ABŞ-ın Suriya nümayəndəsinin bəyanatı məqsədli şəkildə səsləndirilib.

"Suriyanın İdlib şəhərinə qarşı keçirilməsi planlaşdırılan əməliyyat Türkiyənin küncə sıxışdırılmasıdır". Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə sərhədində "Əl-Qaidə" terror təşkilatının mövcudluğu barədə ABŞ-ın Suriya nümayəndəsinin bəyanatı məqsədli şəkildə səsləndirilib.

"Qəndil və Sincar məhv edilməlidir. Qəndil yerlə-yeksan edilməlidir", - partiya sədri bildirib. O, Şimali İraq kürd muxtariyyətində keçirilməsi planlaşdırılan referendumu "Kürdüstan"ın məşqi addlandırıb. "Referendum Türkiyə üçün lazım olarsa, müharibə səbəbi olaraq qiymətləndirilməlidir", - Dövlət Baxçalı bildirib. Publika.az "Haber7" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31