“Qarabağ” qəhrəmanlıq klubudur

“Bu gün 2 Qarabağ var. Biri erməni işğalında olan, xarabalıqlara çevrilən, inildəyən və təcavüzə uğrayan bir diyar. Digəri könüllərdə yaşayan gözəl, səfalı, bərəkətli, mədəniyyət və qəhrəmanlıq ocağı olan bir diyar. Bunun hər ikisi bizimdir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.

"Bu gün 2 Qarabağ var. Biri erməni işğalında olan, xarabalıqlara çevrilən, inildəyən və təcavüzə uğrayan bir diyar. Digəri könüllərdə yaşayan gözəl, səfalı, bərəkətli, mədəniyyət və qəhrəmanlıq ocağı olan bir diyar. Bunun hər ikisi bizimdir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib. O, qeyd edib ki, bir medalın 2 üzü kimi: "Bir üzündə bizim müvəqqəti məğlubiyyət acımız var, digər üzündə artan qələbə sevincimiz. Amma medalın qələbə sevincli üzü getdikcə artır, genişlənir və şubhə yoxdur ki, digər üzünü də dəyişməyə başlayır... Əslində biz Qarabağı məhz belə görürük: inkişaf etmiş, firavan, xoşbəxt və möhtəşəm. Futbol bir oyun olsa da, qəlblərə böyük təsirə malikdir. Qarabağ FK əslində bir qəhrəmanlıq klubudur. Klubun ilk məşqçisi - Allahverdi Bağırov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid oldu, Milli Qəhrəman adına layiq görülmüşdür. Qarabağ FK həm cəbhə meydanında, həm də futbol meydanında öz sözünü demişdir. Hər birimizə o həyəcanlı anların sonunda qələbə sevinci yaşatdığı üçün Qarabağ FK oyunçularına və baş məşqçisinə minnətdarlıq edir və hər kəsi təbrik edirəm!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31