Qurban Qurbanov Simeoneni zirvədən endirdi

UEFA Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb. "Arsenal"ın ÇL-dən kənarda qalması ilə 20 ildən sonra ilk dəfə turnirdə çıxış etməyən Arsen Venger siyahıda yer almayıb.

UEFA Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb. "Arsenal"ın ÇL-dən kənarda qalması ilə 20 ildən sonra ilk dəfə turnirdə çıxış etməyən Arsen Venger siyahıda yer almayıb. ÇL-in qrup mərhələsində iştirak edəcək 32 klub arasında rekord "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova məxsusdur. Ağdam klubunun baş məşqçisi "Atletico"nu çalışdıran Dieqo Simeoneni geridə qoyub.

Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ın "sükanı arxası"ndadır. 3-cü yerdə "Tottenham"in çalışdırıcısı Maurisio Poçettinodu. Poçettino həmyerlisi - Simeonedən 3 il geri qalır. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31