“Şərq təranələri” ndə Azərbaycanı Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edəcək

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı Beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam - 2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə təmsil edəcəkdir.

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında Azərbaycanı Beynəlxalq və respublika müsabiqələri laureatı, "Muğam - 2007" televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə təmsil edəcəkdir.

"Muğam dünyası" layihəsinin daimi iştirakçısı olan tarzən yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. Azərbaycanda keçirilən bütün muğam festivallarında iştirak edən Sahib Paşazadəyə bütövlükdə konsert proqramları və başçılıq etdiyi musiqi kollektivləri ilə demək olar ki, dünyanın 40-dan artıq ölkəsində səfərlərdə olaraq milli musiqimizi tanıdaraq təbliğ edir. Gənc tarzən Sahib Paşazadə bir çox Beynəlxalq mükafatlar sahibidir. O, "Ağcaqayın yarpağı" adlı Beynəlxalq "Qran-Pri" mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında "Tarın Paqaninisi" tituluna layiq görülüb. Müxtəlif beynəlxalq festivallarda qazandığı nailiyyətlər Sahibin timsalında Azərbaycan tarının dünyanı öz sehrinə saldığını bir daha təsdiqləyir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə iki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il açılış mərasimi xüsusi təmtaraqla qeyd olunacaqdır. Özbək tərəfi açılış mərasimində çıxış etmək məqsədi ilə Festivalda daim fərqlənən ölkələrdən, xüsusi ilə Azərbaycandan fəxri qonaq qismində tanınmış müğənni dəvət etməyi planlaşdırır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31