"Neftçi” - "Kəpəz” matçının biletləri satışda
Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək "Neftçi" - "Kəpəz" oyununun biletləri satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri 8-ci km qəsəbə stadionunun kassalarından və stadionun ərazisindəki fan-şopdan əldə etmək mümkündü.
24 Avqust 2017 17:25 İdmanAzərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək "Neftçi" - "Kəpəz" oyununun biletləri satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri 8-ci km qəsəbə stadionunun kassalarından və stadionun ərazisindəki fan-şopdan əldə etmək mümkündü. "N-KART" sahiblərinin bilet almalarına ehtiyac yoxdu, onlar oyun günü kartlarını təqdim etməklə, stadiona daxil ola bilərlər. Qeyd edək ki, avqustun 25-də 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 20:30-da başlanacaq. Goal.az