Özbəkistan Gülnarə Kərimovanın əmlakına həbs qoyulması üçün Rusiyaya müraciət etdi

Özbəkistan mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın daşınmaz əmlakına həbs qoyulması ilə bağlı Rusiyaya müraciət edib. Rusiya Baş Prokurorluğu bununla bağlı rəsmi Daşkənddən məktub alıb: "Özbəkistan Baş Prokurorluğundan Rusiya Baş Prokurorluğuna daxil olan müraciətdə Gülnarə Kərimova ilə bağlı cinayət işində hüquqi yardımın göstərilməsi istənilir və onun daşınmaz əmlakına həbs qoyulması xahiş olunur. Hazırda sorğu baxılma mərhələsindədir".

Bir ay əvvəl isə Özbəkistanın sorğusu əsasında İsveçrədə G. Kərimovanın 840 milyon dollar dəyərində aktivlərinə həbs qoyulub. Ölkəsində G. Kərimova barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb. O, dələduzluq, xarici valyutanın gizlədilməsi, ticarət və xidmətin göstərilməsində qaydalarının pozulması, sənədlərin saxtalaşdırılması, cinayət fəaliyyətindən əldə olunmuş gəlirlərin leqallaşdırılmasında ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31