Raqif Abbasov: “Qarabağ”a qalibiyyət yaraşır”

“Qarabağ” klubunun rəhbərliyi, məşqçi heyəti, futbolçularını böyük tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Dünən böyük coşqu və sevinclə komandamızın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını izlədik”. Bunu açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

"Qarabağ" klubunun rəhbərliyi, məşqçi heyəti, futbolçularını böyük tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Dünən böyük coşqu və sevinclə komandamızın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını izlədik". Bunu açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, 1993-cü ilin avqust ayının 23-də Cəbrayıl və Füzuli rayonları erməni daşnaqlarının işğalına məruz qalıblar: Ağdam təmsilçisinin bu tarixi nailiyyəti ilə dünya bir daha "Qarabağ" klubunun və Qarabağın Azərbaycana məxsus olduğunu, torpaqlarımızın işğal edildiyini görmüş oldu. Bu gün dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin "Qarabağ" komandasını qəbul etməsi ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini bir daha sübut edir. Komandamıza bundan sonra da böyük uğurlar arzulayırıq".

Baş İdarə rəisi bildirib ki, Çempionlar Liqasının qrup mərhələsi üçün hazırlıq işləri aparmaq lazımdır: "Ölkəmizə məşhur klubların çoxminli azarkeşləri gələcək. Biz həm idman, həm də siyasi nöqteyi nəzərdən Qarabağ sözünün təbliğatında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əlimizdən gələni etməliyik. "Qarabağ"ın səfər oyunlarına diasporumuz, səfirliyimiz hazırlaşmalı, matça orada yaşayan azərbaycanlılar daha çox gəlməli, sayımız daha çox olmalıdır. Azerkeşlərimiz, fan-klublarımız xüsusi şüarlar hazırlamalıdırlar ki, o şüarlarla dünyaya mesajlarımızı vermiş olaq. Daha böyük bayrama hazırlaşmalıyıq. Azərbaycana, "Qarabağ"a qalibiyyət yaraşır. Qalibiyyət qalibiyyəti gətirir. "Qarabağ"ımıza uğurlar arzulayırıq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31