2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyüldü

Türkiyədə 2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyülüb. Adanada parkda 14 yaşındakı 2 qız uşağına təcavüz etdiyi iddia edilən şəxs, vətəndaşlar tərəfindən zərərsizləşdirilib. Bildirilir ki, hadisə Seyhan çayı sahilindəki Mərkəzi Parkda baş verib. İddia edilir ki, Sinan T adlı şəxs, parkda dostları ilə birgə gəzən 14 yaşıdakı S.A və H.T-yə qarşı təhqir edici ifadələr işlədərək, təcavüz etmək niyyətində olub. Parkda gəzən qız uşaqlarının həmin andaca qışqırması, parkda olan digər vətəndaşları hadisədən xəbərdar edib. Sinan T, qaçmağa çalışsa da parkda olan vətəndaşlar tərəfindən tutularaq şiddətli şəkildə döyülüb.

Türkiyədə 2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyülüb. Adanada parkda 14 yaşındakı 2 qız uşağına təcavüz etdiyi iddia edilən şəxs, vətəndaşlar tərəfindən zərərsizləşdirilib. Bildirilir ki, hadisə Seyhan çayı sahilindəki Mərkəzi Parkda baş verib. İddia edilir ki, Sinan T adlı şəxs, parkda dostları ilə birgə gəzən 14 yaşıdakı S.A və H.T-yə qarşı təhqir edici ifadələr işlədərək, təcavüz etmək niyyətində olub. Parkda gəzən qız uşaqlarının həmin andaca qışqırması, parkda olan digər vətəndaşları hadisədən xəbərdar edib. Sinan T, qaçmağa çalışsa da parkda olan vətəndaşlar tərəfindən tutularaq şiddətli şəkildə döyülüb. Parkın təhlükəsizlik xidməti ilə məşğul olan polis əməkdaşları vətəndaşlarla təcavüz etmək istədiyi iddia olunan şəxs arasında baş verən davaya müdaxilə edərək, üst başı cırılmış və bədənin də zərbə izləri olan Sinan T-ni nəzarət altına aldılar. Şübhəli bilinən Sinan T, polis bölməsində sorğudan çıxdıqdan sonra keçirilən məhkəmə prosesindən sərbəst buraxılıb. A24.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31