Ronaldo: "Bu mükafatı yenidən almaq böyük şərəfdir"
"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo avqustun 24-də Monakoda baş tutan mərasimdə UEFA versiyasında ötən mövsümün ən yaxşı futbolçusu mükafatına sahib çıxıb. Portuqalialı ulduz növbəti dəfə Avropanın ən güclüsü olmasına belə münasibət bildirib: "Hər il mənim hədəflərim dəyişilməzdir.
25 Avqust 2017 13:15 İdman"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo avqustun 24-də Monakoda baş tutan mərasimdə UEFA versiyasında ötən mövsümün ən yaxşı futbolçusu mükafatına sahib çıxıb. Portuqalialı ulduz növbəti dəfə Avropanın ən güclüsü olmasına belə münasibət bildirib: "Hər il mənim hədəflərim dəyişilməzdir. Klub və milli komanda ilə bütün mümkün titulları qazanmaq əsas məqsədimdir. Bu mükafatı yenidən almaq böyük şərəfdir. Həmkarlarımı da təbrik edirəm. Milli komandaya hər dəfə gedəndə gərgin çalışmaq və irəli addımlamaq üçün motivasiya əldə edirəm. "Real" azarkeşlərinə və bu mükafatı qazanmağıma dəstək olan hər bir kəsə təşəkürümü bildirirəm". Goal.az