Ermənistanda Rusiya vətəndaşı qətlə yetirilib

Ermənistanda Rusiya vətəndaşı öldürülüb. Hadisə avqustun 24-də Kotayk vilayətinin Nor Açin şəhərində baş verib. Şübhəli şəxs qismində saxlanılan 31 yaşlı Q. Ovakim törətdiyi cinayəti etiraf edib.

Ermənistanda Rusiya vətəndaşı öldürülüb. Hadisə avqustun 24-də Kotayk vilayətinin Nor Açin şəhərində baş verib. Şübhəli şəxs qismində saxlanılan 31 yaşlı Q. Ovakim törətdiyi cinayəti etiraf edib. O bildirib ki, aralarında baş verən münaqişə zamanı Rusiya vətəndaşı, 60 yaşlı M. Valerini əvvəlcə döyüb, sonra isə boğub. Q. Ovakim saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Ekspertiza təyin edilib. Ölən şəxsin Q. Ovakimin dayısı olduğu bildirilir. Apa.az "news.am.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31