Moskvalı biznesmen qaçırılmış maşının dalınca Bakıya gəlib çıxdı
Moskva ətrafından olan və avtomobil kirayəsi biznesi ilə məşğul olan biznesmen oğurlanmış avtomobilinin dalınca Bakıya gəlib çıxıb. Biznesmen kirayəyə verdiyi avtomobilin qaçırıldığı barədə polisə üç dəfə ərizə verib. Lakin nəticə əldə olunmadığını görəndə özü təhqiqata başlayıb. O, avtomobildə quraşdırılmış GPS-naviqatordan alınan siqnallar əsasında əvvəlcə Rostov vilayətinə gedib, daha sonra məlum olub ki, avtomobil Rostovdan Bakıya aparılıb.
25 Avqust 2017 17:01 DünyaMoskva ətrafından olan və avtomobil kirayəsi biznesi ilə məşğul olan biznesmen oğurlanmış avtomobilinin dalınca Bakıya gəlib çıxıb. Biznesmen kirayəyə verdiyi avtomobilin qaçırıldığı barədə polisə üç dəfə ərizə verib. Lakin nəticə əldə olunmadığını görəndə özü təhqiqata başlayıb. O, avtomobildə quraşdırılmış GPS-naviqatordan alınan siqnallar əsasında əvvəlcə Rostov vilayətinə gedib, daha sonra məlum olub ki, avtomobil Rostovdan Bakıya aparılıb.
Avtomobilin dalınca Bakıya gələn və GPS-mayakın koordinatları əsasında onun yerini müəyyən edən biznesmen Rusiya səfirliyinə müraciət edib. Səfirlik isə yerli hüquq-mühafizə orqanlarını məlumatlandırıb və avtomobil tapılaraq sahibinə qaytarılıb. Biznesmen qaçırılmış avtomobili ilə Azərbaycandan Rusiyaya qayıdıb. Maraqlıdır ki, qaçırılmış avtomobil axtarışda olduğu müddətdə 3 min kilometrdən çox yol gedib dövlət sərhədini keçsə də heç kimin diqqətini cəlb etməyib. Virtualaz.org