Mətanət Əsədova od püskürdü: “Onun başını partladaram”

Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Fikirlərini yeniçağ.az-la bölüşən müğənni "heç vaxt evli kişi ilə eşq yaşamaram" deyib: "Heç vaxt haram tikə yeməmişəm. Məni tanıyanlar bunu yaxşı bilir. Kiminsə ailəsini əlimə keçirtmək fikrim də olmayıb. Mənə nolub, subay xanımam. Niyə evli kişiylə eşq yaşamalıyam? O qədər subay bəylər var ki... Özüm ailəli qadın olsam, kimsə mənim yuvamı dağıtsa, mənə xoş gələr? Əlbəttə gəlməz".

Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Fikirlərini bölüşən müğənni "heç vaxt evli kişi ilə eşq yaşamaram" deyib: "Heç vaxt haram tikə yeməmişəm. Məni tanıyanlar bunu yaxşı bilir. Kiminsə ailəsini əlimə keçirtmək fikrim də olmayıb. Mənə nolub, subay xanımam. Niyə evli kişiylə eşq yaşamalıyam? O qədər subay bəylər var ki... Özüm ailəli qadın olsam, kimsə mənim yuvamı dağıtsa, mənə xoş gələr? Əlbəttə gəlməz".

Müğənni saysız-hesabsız evlilik təklifləri aldığını da gizlətməyib: "Minnətləri olsun. Mənə evlilik təklifləri olur. Kişilər hansı qadına nə təklifi etməyi yaxşı bilir. Yaxşı bilirlər ki, Mətanətə yalnız evlilik təklifi etmək olar, artıq-əskik danışsa, tutub başını partladaram". yeniçağ.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31