"Azərbaycandan medalla qayıtmaq istəyirik"

"İstanbulda başladığımız təlim-məşq toplanışını Kartepedə davam edəcəyik. Çətin hazırlıq proqramı ilə işləyirik və Azərbaycana gedənə qədər heyətimizdə arabir dəyişikliklər olacaq. Məşqlərimizdə isə istirahət planlşadırmırıq".

"İstanbulda başladığımız təlim-məşq toplanışını Kartepedə davam edəcəyik. Çətin hazırlıq proqramı ilə işləyirik və Azərbaycana gedənə qədər heyətimizdə arabir dəyişikliklər olacaq. Məşqlərimizdə isə istirahət planlşadırmırıq". Bunu qadın voleybolçulardan ibarət Türkiyə millisinin meneceri Pelin Emniyetli deyib.
 
2011-ci ildə Bakının "Rabitə" klubunda çıxış etmiş və Çelik soyadı ilə klublararası dünya çempionatının qalibi olmuş veteran oyunçu Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi yarışda hədəfləri medal qazanmaqdı: "Çempionatın startına təxminən 1 ay vaxt qalib. Bunu ən yaxşı şəkildə davam etdirib, yarışa tam hazır olmalıyıq. Turnirə çox güclü rəqiblər var. Qrup matçlarından başlayaraq, hər bir oyun bizim üçün əhəmiyyətli olacaq. Azərbaycandan medalla qayıtmağı çox istəyirik".
 
Qeyd edək ki, Rusiya, Bolqarıstan və Ukrayna ilə C qrupunda yer alan "ay-ulduzlular" oyunlarını Bakıda keçirəcəklər.  Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31