İlin ən çox qazanan aktyoru kimdir?
“Forbes” jurnalı ilin ən çox qazanan aktyorlarının adını açıqlayıb. Reytinqin 10-cusu 35.5 milyon dollarla hind aktyoru Aşay Kumardır.
25 Avqust 2017 20:15 Dünya"Forbes" jurnalı ilin ən çox qazanan aktyorlarının adını açıqlayıb. Reytinqin 10-cusu 35.5 milyon dollarla hind aktyoru Aşay Kumardır. Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir.

9-cu sırada da hindli aktyor yer alıb. Salman Xan 37 milyon dollar qazanıb.

8-ci yerdə 38 milyon dollarla Şah Ruk Xandır.

7-ci yerdə Tom Kruz bərqərar olub. Onun gəliri 43 milyon dollar dəyərindədir.

6-cı yerin sahibi 48 milyon dollarla Robert Douneydir.

5-ci yerin sahibi 49 milyon dollar qazanan Ceki Çandır.

4-cü yer Adam Sandlerə məxsusdur. O, il ərzində 50.5 milyon dollara yiyələnib.

3-cü yerdə 54.4 milyon dolların sahibi Vin Dizeldir.

2-ci yerə Dueyn Conson 65 milyon dollar sərvəti ilə yiyələnib.

1-ci yer isə Mark Velberqə məxsusdur. O, il ərzində 68 milyon dollar qazanıb.
