Görkəminə görə daha çox ödəniş etməyə məcbur oldu

Kanadanın Kvebek şəhərində “Aux Anciens Canadiens” restoranı bir müştəridən Asiya görkəminə görə əlavə pul tələb edib. Vankuverdə yaşayan çin əsilli Kanada vətəndaşı Melvin Pan başına gələn hadisənin absurdluğu haqda danışıb. Pan “Aux Anciens Canadiens”da öz rəfiqəsi ilə birlikdə şam edirmiş. Hesab gələndə məlum olur ki, çekə ümumi məbləğin 15 faizi qədərində əlavə xərc də yazılıb. Bu, Panı təəccübləndirir, lakin çekdə yazılanları tam ödəyərək restoranı tərk edir. Sonra o, internetdə sorğu edərək, bu yığımın “Aux Anciens Canadiens”in bütün müştərilərinə aid olub-olmadığını öyrənmək qərarına gəlir.

Kanadanın Kvebek şəhərində "Aux Anciens Canadiens" restoranı bir müştəridən Asiya görkəminə görə əlavə pul tələb edib. Vankuverdə yaşayan çin əsilli Kanada vətəndaşı Melvin Pan başına gələn hadisənin absurdluğu haqda danışıb. Pan "Aux Anciens Canadiens"da öz rəfiqəsi ilə birlikdə şam edirmiş. Hesab gələndə məlum olur ki, çekə ümumi məbləğin 15 faizi qədərində əlavə xərc də yazılıb. Bu, Panı təəccübləndirir, lakin çekdə yazılanları tam ödəyərək restoranı tərk edir. Sonra o, internetdə sorğu edərək, bu yığımın "Aux Anciens Canadiens"in bütün müştərilərinə aid olub-olmadığını öyrənmək qərarına gəlir.

Melvin Pan görəndə ki, restoranın saytında bu cür əlavələr barədə heç bir məlumat yoxdur, o, restorana gedir və izahat tələb edir. Menecer Pana izah edir ki, 15 faiz əlavə ödəniş asiyalı qonaqlar üçün avtomatik olaraq işə düşür, xüsusilə də Çin, Yaponiya və Cənubi Koreyadan olan insanlar üçün. Restoran təmsilçisi bu qərarı belə izah edir ki, sadaladığı ölkələrdə ofisianta bəxşiş vermək adəti yoxdur. Restoran isə ofisiantları işə götürərkən onlarla bəxşiş barədə müqavilə bağlayır və öhdəlik götürür. Ona görə də, restoran ofisianta veriləcək bəxşişi asiyalı qonaqlardan çekə yükləyərək alır. Pan izah edəndə ki, o, qonaq deyil, Kanada vətəndaşıdır, ona həmin 15 faizi qaytarırlar, üzr istəyirlər və bəxşişin məbləğini adəti üzrə özünün müəyyən etməsini xahiş edirlər. Zərərçəkmiş müştəri həmçinin qeyd edir ki, ingiliscə o, tamamilə aksentsiz danışır. Pan baş verənləri iyrənc və absurd hadisə adlandırıb. Publika.az bildirir ki, bu barədə The Georgia Straight qəzeti yazır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31