Səfir etimadnaməsini təqdim etdi

İqamətgahı Brasiliya şəhərində olan Azərbaycan Respublikasının Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Surinam Respublikasının Prezidenti cənab Desire Delano Bouterseye təqdim edib. "Olaylar" bildirir ki, görüş zamanı Prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləmiş və səfir Poluxova işində uğurlar arzuladı.

Öz növbəsində E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Surinam Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söylədi.

Sonra səfir Poluxov Surinam Prezidentinə ölkəmiz haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlər ətrafında müzakirə apardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31