Səfir nazirliyə çağırıldı

Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən İsveç Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Türkiyədə həbs olunan iki İsveç vətəndaşı ilə bağlı hökumətin narahatlığı çatdırılıb. Bu barədə İsveç XİN rəhbəri Marqot Vallström Feysbuk hesabında bildirib.

Qeyd edək ki, ikili vətəndaşlığı olan yazıçı-jurnalist Həmzə Yalçın avqustun 3-də İspaniyada Türkiyə hökumətinin sorğusuna əsasən saxlanılıb. Ali Qaravi isə  iyulda Türkiyədə həbs edilib. Hər iki şəxs terrorçularla əlaqədə ittiham olunur.

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31