İngiltərəni duman bürüdü: 133 nəfər zəhərləndi
İngiltərənin cənub sahillərində yerləşən Eastburn bölgəsi qaz buludunun altında qalıb. Bölgədə 100-dən çox insan qusma, nəfəs çatışmazlığı və göz yanması kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Şərqi Sussex bölgəsində ortaya çıxan qaz buludunun kimyəvi sızmadan yarandığı ehtimal edilir. Sussex polisi kimyəvi buludun qaynağının hələ də tapılmadığını açıqlayıb.
28 Avqust 2017 12:05 Dünyaİngiltərənin cənub sahillərində yerləşən Eastburn bölgəsi qaz buludunun altında qalıb. Bölgədə 100-dən çox insan qusma, nəfəs çatışmazlığı və göz yanması kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Şərqi Sussex bölgəsində ortaya çıxan qaz buludunun kimyəvi sızmadan yarandığı ehtimal edilir. Sussex polisi kimyəvi buludun qaynağının hələ də tapılmadığını açıqlayıb.
Bölgənin Yanğındanmühafizə və Təhlükəsizlik Xidməti bildirib ki, xoşbəxtlikdən qaz buludunda xlor maddəsi az olub. Buna görə də zəhərlənən şəxslərin həyatı ilə bağlı təhlükə yoxdur. Publika.az