Özünüməşğulluq proqramı genişləndiriləcək

“2016-cı ilin aprelin 7-də prezidentin ehtiyat fondundan özünüməşğulluq layihəsinə ayrılan 6 milyon manat vəsaitin sərf olunması yolu ilə 1400 ailənin prosesə cəlb edilməsi nəzərdə tutulub. İlkin nəticələr göstərir ki, bu layihə ölkənin əmək bazarında, xüsusilə şəhər yerlərindən kənarda əhalinin məşğulluğunu təmin etmək üçün ən səmərəli yollardan biridir”.

Nazir: "Əmək bazarına hər il xeyli sayda gənclər daxil olur"

"2016-cı ilin aprelin 7-də prezidentin ehtiyat fondundan özünüməşğulluq layihəsinə ayrılan 6 milyon manat vəsaitin sərf olunması yolu ilə 1400 ailənin prosesə cəlb edilməsi nəzərdə tutulub. İlkin nəticələr göstərir ki, bu layihə ölkənin əmək bazarında, xüsusilə şəhər yerlərindən kənarda əhalinin məşğulluğunu təmin etmək üçün ən səmərəli yollardan biridir". "Olaylar" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında deyən əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib ki,  bu layihəni genişləndirməyə ehtiyac var: "Azərbaycanın əmək bazarına hər il xeyli sayda gənclər daxil olur. Bu gənclərin, xüsusilə kənd yerlərində işə cəlb olunması üçün özünüməşğulluq proqramının geniş şəkildə istifadə olunması bu gün dövlət başçısının nəzarətində olan məsələlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bu prosesi həyata keçirmək üçün bütün tədbirləri görəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31