“Onları öldürə bilərsiniz!” - Prezidentdən növbəti ƏMR

Filipinlər prezidenti Rodriqo Duterte narkoticarətlə mübarizə üzrə kampaniya çərçivəsində polis əməkdaşlarına “gicləri” öldürməyə icazə verib. “Sizin xidməti borcunuz tələb edir ki, həbs vaxtı müqavimət göstərən insanların öhdəsindən gələsiniz. Siz müqavimət göstərən gicləri öldürə bilərsiniz, bu mənim əmrimdir”, - Duterte bildirib.

Filipinlər prezidenti Rodriqo Duterte narkoticarətlə mübarizə üzrə kampaniya çərçivəsində polis əməkdaşlarına "gicləri" öldürməyə icazə verib. "Sizin xidməti borcunuz tələb edir ki, həbs vaxtı müqavimət göstərən insanların öhdəsindən gələsiniz. Siz müqavimət göstərən gicləri öldürə bilərsiniz, bu mənim əmrimdir", - Duterte bildirib.

Daha əvvəl Duterte özünün illik müraciətində qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən edilən tənqidlərə baxmayaraq, ölkədə narkoticatərlə mübarizədən geri çəkilmək niyyətində deyil. 2016-cı ilin mayında prezident seçilən Rodriqo Duterte narkoticarətə qarşı genişmiqyaslı kampaniyaya başlayıb. BMT-nin son məlumatlarına əsasən, ölkədə Dutertenin hakimiyyətə gəlişi anından cinayətkar qruplaşmalarla mübarizənin gedişatında 6 mindən çox insan öldürülüb. Dünya ictimaiyyəti Filipin hakimiyyətinin mübarizə metodlarını dəfələrlə ittiham edib. Publika.az xəbər verir ki, bu haqda "Röyters" agentliyi yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31