İslam Kərimovun qızı vəzifəsindən imtina edir
Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillayeva yaxın vaxtlarda ölkəsinin YUNESKO yanındakı daimi nümayəndəsi postundan imtina edəcəyi ilə bağlı açıqlama verib.
28 Avqust 2017 15:55 DünyaÖzbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillayeva yaxın vaxtlarda ölkəsinin YUNESKO yanındakı daimi nümayəndəsi postundan imtina edəcəyi ilə bağlı açıqlama verib. "Bu addımı şəxsi həyatım, layihələrim və İslam Kərimov Fondu ilə bağlı planlarıma görə atıram" -deyə Kərimova Səmərqənddə keçirdiyi mətbuat konfransında deyib. Hazırda Lola Kərimova-Tillayeva "Sən tək deyilsən" ictimai fondunun və Özbəkistan Gimnastika Federasiyasına da rəhbərlik edir. Modern.az-ın Özbəkistan KİV-nə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31