Avtobusu Qara dənizə aşırıb 19 fəhləni öldürən erməni həbs edildi
Rusiyanın Krasnodar vilayətində Krımı Rusiyaya birləşdirən körpünün tikintisini aparan fəhlələri daşıyan avtobusun Qara dənizə düşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb. Yaralılardan biri xəstəxanada keçinib. Hazırda xəstəxanalarda 19 nəfər yaralı var.
28 Avqust 2017 15:36 DünyaRusiyanın Krasnodar vilayətində Krımı Rusiyaya birləşdirən körpünün tikintisini aparan fəhlələri daşıyan avtobusun Qara dənizə düşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb. Yaralılardan biri xəstəxanada keçinib. Hazırda xəstəxanalarda 19 nəfər yaralı var.
Qəza avqustun 25-də baş verib. Körpü tikintisində podratçılardan olan "Tamanneftqaz"ın işçilərindən ibarət avtobus sürücünün səhvi üzündən Qara dənizə aşıb. Avtobusun sürücüsünün erməni olduğu üzə çıxıb, Karapet Mikaelyan adlı sürücünün barəsində həbs qətimkan tədbiri seçilib. Virtualaz.org