750 rusiyalı turist Türkiyədə “girov” vəziyyətində qalıb

Bu gündən etibarən Türkiyənin Antalya kurortlarında “girov” vəziyyətində qalmış 754 rusiyalı turistin xüsusi təyyarələrlə vətənlərinə daşınmasına başlanacaq. Müflisləşdiyini və müəyyən həcmdən artıq sığorta haqlarını ödəmək iqtidarında olmadığını bildirmiş “Ted Travel” turoperatorunun müştəriləri Türkiyədə çıxılmaz vəziyyətdə qalıb. Onlar qiymətini Rusiyada ödədikləri xidmətləri ala bilmir.

Bu gündən etibarən Türkiyənin Antalya kurortlarında "girov" vəziyyətində qalmış 754 rusiyalı turistin xüsusi təyyarələrlə vətənlərinə daşınmasına başlanacaq. Müflisləşdiyini və müəyyən həcmdən artıq sığorta haqlarını ödəmək iqtidarında olmadığını bildirmiş "Ted Travel" turoperatorunun müştəriləri Türkiyədə çıxılmaz vəziyyətdə qalıb. Onlar qiymətini Rusiyada ödədikləri xidmətləri ala bilmir.

Bildirildiyinə görə, bilet alaraq hələ Türkiyəyə yollanmamış, lakin bu şirkətin müştərisi olan daha 700 nəfər var. Borcların ümumi məbləği isə 27,6 milyon rubla çatır. Virtualaz.org Rusiya Turizm Federasiyasının məlumatına əsasən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31