Argentina millisinin heyəti açıqlandı
Argentina millisi 2018 DÇ semə mərhələsində Uruqvay (1 sentyabr) və Venesuela (6 sentyabr) ilə qarşılaşacaq. Baş məşqçi Xorxe Sampaoli 27 futbolçuya dəvət göndərib. "Zenit"in 24 yaşlı yarımmüdafiəçisi Emiliano Riqoni isə ilk dəfə milliyə çağrılıb. "Juventus"un forvardı Qonzalo Hiquain isə bu dəfə millidən kənarda qalıb.
28 Avqust 2017 18:35 İdmanArgentina millisi 2018 DÇ semə mərhələsində Uruqvay (1 sentyabr) və Venesuela (6 sentyabr) ilə qarşılaşacaq. Baş məşqçi Xorxe Sampaoli 27 futbolçuya dəvət göndərib. "Zenit"in 24 yaşlı yarımmüdafiəçisi Emiliano Riqoni isə ilk dəfə milliyə çağrılıb. "Juventus"un forvardı Qonzalo Hiquain isə bu dəfə millidən kənarda qalıb.
Qapıçılar: Serxio Romero, Quzman, Xeronimo Rulyi
Müdafiəçilər: Xavyer Maskerano, Federiko Fazio, Nikolas Otamendi, Qabriel Merkado, Parexa, Pinola, Bustos
Yarımmüdafiəçilər: Ever Baneqa, Lukas Bilya, Auqusto Fernandez, Leandro Paredes, Pizarro, Di Maria, Akunya, Pastore, Lanzini, Emiliano Riqoni
Hücumçular: Lionel Messi, Paulo Dibala, Mauro İkardi, Xoakin Korrea, Serxio Aquero, Bendetto, Lautaro Akosta
Cənubi Amerika zonasında geridə qalan 14 turdan sonra 22 xal toplayan Argentina 5-ci yerdədir. Onları 2-ci pillədəki Kolumbiya millisində cəmi 2 xal ayırır. Goal.az