Günəş enerjisi ilə çalışan işıqforlar quraşdırılıb

Moskvada ilk dəfə yeni nəsil işıqforlardan istifadə edilib. İşıqforlar elektrik şəbəkəsindən asılı olmayaraq işləyəcək. Akkumlyatorlar günəş enerjisi ilə dolacaq və hətta qış fəslində qarlı-yağışlı havalarda belə batareyanı doldurmaq mümkün olacaq. Moskvanın Yol Hərəkəti Təşkili Mərkəzinin rəhbəri Vadim Yuriyevin sözlərinə görə, yeni nəsil işıqforlar elektrik şəbəkələrinin az olduğu ərazilərdə quraşdırılacaq.

İşıqforun xidmət xərclərinə gəldikdə isə bu, elektrik enerjisi ilə çalışan işıqforlarla müqayisədə dəfələrlə aşağı olacaq. Bu qurğular dövlət büdcəsinin milyonlarla rubl qənaət etməsinə kömək edəcək. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31