Obamaya Rusiya ilə bağlı gizli təklif
Barak Obamaya prezidentliyi dövründə Rusiyaya qarşı sanksiya və ya müharibə etmək təklifi edilib. Bu barədə ABŞ-ın Rusiyadakı səfri Con Tefft "Exo Moskvı" radiostansiyasına müsahibəsində deyib. Səfir bildirib ki, Rusiyaya qarşı sanksiyalar səmərəli olub: "Obama administrasiyasına seçim təqdim olunub: "Bəs siz Rusiya ilə müharibə aparmaq istəyirsiniz"? Heç kim bunu istəmirdi. Bildiyim qədər Rusiya da ABŞ-la müharibə etmək istəməzdi."
29 Avqust 2017 12:50 DünyaBarak Obamaya prezidentliyi dövründə Rusiyaya qarşı sanksiya və ya müharibə etmək təklifi edilib. Bu barədə ABŞ-ın Rusiyadakı səfri Con Tefft "Exo Moskvı" radiostansiyasına müsahibəsində deyib. Səfir bildirib ki, Rusiyaya qarşı sanksiyalar səmərəli olub: "Obama administrasiyasına seçim təqdim olunub: "Bəs siz Rusiya ilə müharibə aparmaq istəyirsiniz"? Heç kim bunu istəmirdi. Bildiyim qədər Rusiya da ABŞ-la müharibə etmək istəməzdi."
Səfir qeyd edib ki, Rusiyaya qarşı son sanksiyalar kiberhücumlarla bağlı olub. Azvision.az