Helsinki Yekun Aktı hansı prinsiplərə əsaslanır?
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri vəzifəsinin icrasına başlayar-başlamaz bu ölkənin Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyənatla çıxış edib. H.Noyert təsdiq edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir. Maraqlıdır, Helsinki Yekun Aktı hansı prinsiplərə əsaslanır və bu prinsiplər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ədalətli həllinə uyğundurmu?
29 Avqust 2017 14:52 SiyasətBeynəlxalq sənəd Azərbaycanın mövqeyinə uyğundurmu?
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri vəzifəsinin icrasına başlayar-başlamaz bu ölkənin Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyənatla çıxış edib. H.Noyert təsdiq edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir. Maraqlıdır, Helsinki Yekun Aktı hansı prinsiplərə əsaslanır və bu prinsiplər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ədalətli həllinə uyğundurmu?
Xatırladaq ki, 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi keçirilib. Müşavirəyə toplaşan dövlət və hökumət başçıları Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzalayıblar. 1960-cı illərin sonu 70-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasında münasibətlərin yaxşılaşması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması beynəlxalq aləmdə "soyuq müharibə"dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu. 1970-ci ildə SSRİ-AFR, AFR-Polşa arasında müqavilələrin imzanlanması, 1971-ci ildə SSRİ, ABŞ, İngiltərə və Fransa arasında Qərbi Berlinə dair dördtərəfli sazişin bağlanması, 1972-ci ildə AFR və ADR arasında münasibətlərin normallaşması haqqında müqavilənin bağlanması gərginliyin zəiflədilməsinə güclü təkan verdi. Bu da Ümümavropa müşavirəsinin hazırlanması və çağırılmasına şərait yaratdı. Beləliklə 1969-cu ildə Vyanada təhlükəsizlik və əməkdaşlıq uğrunda Ümumavropa qeyri-hökümət konfransı keçirildi. Konfransda Avropanın 26 ölkəsinin və 23 beynəlxalq ictimai təşkilatı təmsil edən 300 nümayəndə iştirak edirdi. Onlar Ümumavropa təhlükəsizlik sisteminin yaradılması üçün Helsinkidə müşavirənin çağırılmasını müdadifə etdilər.
1972-ci ildə NATO ölkələri Ümumavopra müşavirəsini hazırlamaq üçün məslətələşmələrdə iştirak etməyi qərara aldılar. Çoxtərəfli məsləhətləşmələrdən sonra 1973-cü ildə "Mavi kitab" adı almış yekun tövsiyələri razılaşdırıldı. Bu yekun tövsiyələr müşavirənin təşkili, gündəliyi, iştirakçıların tərkibi, yeri və vaxtı, maliyyələşdirilmə qaydalarını tənzimləyirdi. Müşavirənin gündəliyinə dörd məsələ salınmışdır: Avropada təhlükəsizlik məsələləri; İqtisadiyyat, elm-texnika və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq məsələləri; Humanitar və digər sahələrdə əməkdaşlıq problemləri; Müşavirədən sonra Ümumavropa prosesinin inkişaf istiqamətləri. 1973-cü il iyulun 3-də Helsinkidə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə aparılan müşavirənin birinci mərhələsi başladı. İyulun 7-nə qədər davam edən bu mərhələdə 35 dövlətin nümayəndələri iştirak edirdi. Ümumavropa müşavirəsinin ikinci mərhələsi 1973-1975-ci illərdə Cenevrədə oldu. Burada əsas müzakirə obyektlərindən biri sərhədlərin toxunulmazlığı məsələsi oldu. 1975-ci il iyulun 19-da müşavirənin üçüncü mərhələsinin Helsinkidə keçirilməsi qərara alındı. 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları onun yekun aktını imzaladılar. Bu yekun akta görə müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutmalı idilər:
Suveren bərabərlik prinsipi; Zor işlətməmək prinsipi; Sərhədlərin toxunulmazlığı prinipi; Dövlətlərin ərazi bütövlüyü prinsipi; Mübahisənin dinc yolla həll olunması prinsipi; Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi; İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi; Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi; Dövlətlər arasında əməkdaşlıq prinsipi; Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası bu Aktı 1992-ci ildə imzalayıb.
Alim