Ermənistanda Njdenin heykəli güllələnib
Ermənistanın Sünik vilayətində faşist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdenin heykəli güllələnib. Güllələnmiş heykəlin fotosunu vilayət qubernatorunun mətbuat katibi Vazgen Saqatelyan öz “Facebook” səhifəsində paylaşıb. O bildirib ki, heykəlin bərpası ilə bağlı komissiya yaradılıb.
29 Avqust 2017 15:25 DünyaErmənistanın Sünik vilayətində faşist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdenin heykəli güllələnib. Güllələnmiş heykəlin fotosunu vilayət qubernatorunun mətbuat katibi Vazgen Saqatelyan öz "Facebook" səhifəsində paylaşıb. O bildirib ki, heykəlin bərpası ilə bağlı komissiya yaradılıb.
Xatırladaq ki, bu il mayın 28-də İrəvanda Q. Njdenin daha bir heykəlinin açılışı olub. Üçüncü Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Q. Njdenin abidəsinin açılışı böyük səs-küyə səbəb olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər. Ermənistan rəhbərliyinin bu addımı həm Rusiya, həm də beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Apa.az "news.am"a istinadən xəbər verir.