Əliməmməd Nuriyev: “Dünyaya müsəlmanların həyatı maraqlı deyil”

“Ümumiyyətlə, dünya birliyində nə hadisə olursa, onun hansı qitədə olmasından asılı olmayaraq dərhal reaksiya verilməlidir. Amma nədənsə bu hadisələr (terror, sui-qəsd və s.) bəzi ölkələrdə Əfqanıstanda, Türkiyədə baş verəndə adi qarşılanır”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

"Ümumiyyətlə, dünya birliyində nə hadisə olursa, onun hansı qitədə olmasından asılı olmayaraq dərhal reaksiya verilməlidir. Amma nədənsə bu hadisələr (terror, sui-qəsd və s.) bəzi ölkələrdə Əfqanıstanda, Türkiyədə baş verəndə adi qarşılanır". Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, bu kimi hadisələr İspaniyada, Almaniyada baş verəndə isə dərhal onu terror kimi yozmağa çalışırlar: "Beləcə, burada böyük bir kampaniya başlanır. Ümumiyyətlə, terrorçunun nə milləti, nə də dini var. Onun insanlığa, bəşəriyyətə zidd olan baxışları var".

Qətliamlarla, soyıqırmı ilə bağlı məsələyə gəldikdə isə əgər bu xristian dinin daşıyıcılarına qarşıdırsa dərhal bunun qarşısını almaq üçün hərəkətə keçirlər: "Təbii ki, bu belə də olmalıdır. Əgər soyqırımı baş verirsə buna qarşı bütövlükdə bəşəriyyət ayağa qalxmalıdır. Bunun qarşısını almaq üçün çox sərt tədbirlər həyata keçirilməlidir. Myanma əvvəlcə diktatura rejimində idi. İndi isə burada demokratik hökumət yaranıb. Amma nə baş verir? Milyonlarla, yüz minlərlə şəxs müsəlman olduğu üçün məhv edilir. Özü də bu işdə dövlətə məxsus ordu iştirak edir. Hətta polisin özü belə qətlimalarda, soyqırımda iştirak edir. Amma təəssüf ki, dünya buna səssiz qalıb. Çünki onlara müsəlmanların həyatı maraqlı deyil". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31