Dinozavrlarla eyni dövrdə yaşamış "balıq-kərtənkələ" skeleti AŞKARLANDI

Almaniyadan və Böyük Britaniyadan olan alimlər ixtiozavrların (latın Ichthyosauria - "balıq-kərtənkələ") ən böyük skeletlərindən birini aşkar ediblər. Tapıntı dinozavrlarla eyni dövrdə yaşamış dəniz kərtənkələləri qrupuna aiddir.

Almaniyadan və Böyük Britaniyadan olan alimlər ixtiozavrların (latın Ichthyosauria - "balıq-kərtənkələ") ən böyük skeletlərindən birini aşkar ediblər. Tapıntı dinozavrlarla eyni dövrdə yaşamış dəniz kərtənkələləri qrupuna aiddir.

Sümüklərin dişi cinsinə aid və hamiləlik zamanı həlak olduğu müəyyən olunub. Belə ki, sürünənin daxilində embrionun qalıqlarları aşkar edilib. Bu haqda "ScienceDaily" nəşri məlumat yayıb.

Böyük Britaniyada, Somerset qraflığının sahilində tapılan ixtiozavr skeleti tədqiq olunması üçün Almaniyanın Hannover şəhərinə gətirilib.

Kərtənkələnin daxilindəki rüşeymin (bala) qalıqları əsasən onurğa hissəsindən, üzgəclərdən, bir neçə qabırğa və bəzi başqa sümüklərdən ibarətdir. Fəqərələr zəncirinin uzunluğu yalnız 7 santimetrə çatıb. Embrionun skeleti, alimlərin fikrincə, tamamilə formalaşmağa vaxt tapmayıb.

Paleontoloqların qiymətləndirmələrinə görə, ana kərtənkələnin uzunluğu 3-3.5 metr təşkil edir. Bu ixtiozavrların ən böyük nümayəndəsi deyil. Qeyd edək ki, indiki elmə ölçüsü 20 metri ötən nümunələr də məlumdur.

Onu da bildirək ki, ixtiozavrlar, dinozavrlardan fərqli olaraq, dəniz mühitində yaşayırdılar və tamam başqa təkamül budağını təşkil edirdilər. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31