Gündəm
Azərbaycan prezidenti MDB sammitində çıxış edib
Azərbaycan prezidenti Rusiyanın Soçi şəhərində keçirilən MDB dövlət başçılarının sammitində iştirak edib. Məlumata görə, Azərbaycan prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşündə çıxış edib.
MDB dövlət başçılarının Soçi sammitində 18 sənəd imzalanıb
Rusiyanın Soçi şəhərində MDB ölkələrinin dövlət başçılarının sammiti keçirilib. Məlumata görə, sammitdə ilk olaraq dövlət başçıları məhdud tərkibdə görüş keçiriblər. Sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Geniş tərkibdə görüşdə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon çıxış edib. O, təşkilatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı ölkəsinin və hökumətinin görəcəyi işlərdən danışıb. Sonra MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib.
Azərbaycan alimi yeni vaksin əldə etdi
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ilk dəfə olaraq molekulyar bio texnologiyadan istifadə etməklə bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub.
Ermənistan ordusunda ateistlər zorla xristianlaşdırılır
Ermənistan parlamentində "hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr davam edir. Müzakirələr zamanı hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın müdafiə nazirinə orduda ateistlərin zorla xristianlaşdırılmasına görə etiraz edib.
Binəli Yıldırım: “ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzulayırıq”
Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzuladıqlarını bildirib. Çankaya sarayında valilər toplantısında çıxış edən B. Yıldırım ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərar qəbul etdiklərini söyləyib. O, bölgədə və dünyada gərginliklərin artdığı bir dönəmdə Türkiyənin soyuqqanlı hərəkət edəcəyini vurğulayıb.
2018-ci il üçün MDB-yə sədrlik Tacikistana keçib
2018-ci il üçün MDB-yə sədrlik Tacikistan Respublikasına keçib. Bu barədə MDBölkələri dövlət başçılarının sammitində qərar qəbul olunub. Türkmənistan və Rusiya isə MDB-nin həmsədr ölkələri olub.
Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi
Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi. “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar, Əməkdar İncəsənət Xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirilib. Gecə “Gunəşli səhər” kinofilmindən kompazisiya ilə açıldı. Tədbirdə Xalq artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblı cixiş etdi.
Rusiyalı mühəndis 100 İL ZƏMANƏTLİ yolsuzluq avtomobili düzəltdi
Alman şirkəti olan “Partisan” kifayət qədər qəribə “One” adlı yolsuzluq avtomobili təqdim edib. Avtomobilin dizaynı rus mühəndis Yuri Postnikovun beyninin məhsuludur. Ordu istismarına hesablanmış “Partisan One” həm ekstremal hallarda, həm də "dünyada ən pis yollar" üçün nəzərdə tutulub. Bildirilir ki, hələlik avtomobillər 2.8 litr həcmli və 150 at gücü olan Fiat turbodizelli motorla təchiz olunub. Gələcəkdə avtomobilin həm də elektromotorlu hibrid variantının da buraxılması nəzərdə tutulur.
Rövnəq Abdullayev Piarallahıda yığım nəqli sahəsinin açılışında iştirak edib
Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Pirallahı qəsəbəsində “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neftqazçıxarma İdarəsinə məxsus yeni yığım nəqli sahəsinin istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.
Dini Komitə yanında İctimai Şura yaradılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yaradılması prosesinə başlanılıb.
Millət vəkilindən fiziki məhdudiyyətli gənclərə dəstək
Millət vəkili Sona Əliyevanın iştirakı ilə “Gəncliyə Yardım Fondu”nun aztəminatlı ailələrə yardım layihəsi çərçivəsində iki fiziki məhdudiyyətli gənc- Şəmkir rayon Dəllər qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev İsmayıl Niyaməddin oğlu və Gəncə şəhər sakini Məmmədov Natiq Vüsal oğlu əlil arabası ilə təmin edilib.
İnsan oğlu tanrısına bənzəməlidir
Günümüzdə dünyanın elə bir bölgəsi, ərazisini tapmaq olmaz ki, orada sözün həqiq mənasında hüzur, tam sabitlik hökm sürsün, orada hər hansı bir konflikt, münaqişə müşahidə edilməsin. Avropadan tutmuş Asiyaya, Qərbdən Şərqə, hətta uzaq Avstraliya, Afrikaya qədər bütün coğrafiyada konfliktlər, münaqişələr, daxili gərginliklər və ziddiyətlər özünü büruzə verir. Bəs bütün bunların kökündə nə dayanır? Ümumiyyətlə, insanların sakit şəkildə, heç bir konfliktə getmədən, aralarında münaqişə olmadan yaşaması mümkün deyilmi? Araşdırmaçı Cəlal İbrahimov deyir ki, burada əsas maddi maraqlardır. Bura həm insanın fərdi, həm də dövlətin öz maraqları daxildir. Araşdırmaçı qeyd edir ki, tarix boyu insanlıq aləmi, şəxsi arzu və istəklərinin arxasından getdiyi üçün, bu yolun sonu daim fəlakətlərlə nəticələnib. Onun sözlərinə görə, İnsanlıq aləmi tərəfindən qurulan dövlətlər daim hiylə, xəyanət, yalan , fitnə, aldatmalar nəticəsində parçalanmalara məruz qalıb: “Bu cür hiylə və xəyanətlər hələ də davam etməkdədir.
Brüsseldə Azərbaycana qarşı təxribat
Oktyabrın 23-də Brüsseldə avropalı siyasətçilərin, diplomatların, hüquqşünasların və hüquq müdafiəçilərinin iştirakı ilə növbəti anti-Azərbaycan siyasi aksiyanın keçirilməsi gözlənilir. Bu barədə diplomatik mənbələrdən məlumat verilib.
ABŞ Rusiya hakerlərini necə ifşa etdi? - ŞOK İDDİA
Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum olub.
Putin: "MDB-nin effektivliyini artırmalıyıq"
"Bu gün keçirilən sammitin gündəliyi olduqca zəngindir. Biz gələcəkdə MDB çərçivəsində əməkdaşlığın möhkəmlənməsini qeyd edəcəyik. Təşkilatın və onun strukturlarının effektivliyini artırılması barədə fikir mübadiləsi aparacağıq". Məlumata görə, bunu MDB dövlət başçılarının məhdud tərkibdə keçirilən görüşündə Rusiya prezidenti Vladimir Putin bildirib.











.jpg)


