İnsan oğlu tanrısına bənzəməlidir

Günümüzdə dünyanın elə bir bölgəsi, ərazisini tapmaq olmaz ki, orada sözün həqiq mənasında hüzur, tam sabitlik hökm sürsün, orada hər hansı bir konflikt, münaqişə müşahidə edilməsin. Avropadan tutmuş Asiyaya, Qərbdən Şərqə, hətta uzaq Avstraliya, Afrikaya qədər bütün coğrafiyada konfliktlər, münaqişələr, daxili gərginliklər və ziddiyətlər özünü büruzə verir. Bəs bütün bunların kökündə nə dayanır? Ümumiyyətlə, insanların sakit şəkildə, heç bir konfliktə getmədən, aralarında münaqişə olmadan yaşaması mümkün deyilmi? Araşdırmaçı Cəlal İbrahimov deyir ki, burada əsas maddi maraqlardır. Bura həm insanın fərdi, həm də dövlətin öz maraqları daxildir. Araşdırmaçı qeyd edir ki, tarix boyu insanlıq aləmi, şəxsi arzu və istəklərinin arxasından getdiyi üçün, bu yolun sonu daim fəlakətlərlə nəticələnib. Onun sözlərinə görə, İnsanlıq aləmi tərəfindən qurulan dövlətlər daim hiylə, xəyanət, yalan , fitnə, aldatmalar nəticəsində parçalanmalara məruz qalıb: “Bu cür hiylə və xəyanətlər hələ də davam etməkdədir.

Günümüzdə dünyanın elə bir bölgəsi, ərazisini tapmaq olmaz ki, orada sözün həqiq mənasında hüzur, tam sabitlik hökm sürsün, orada hər hansı bir konflikt, münaqişə müşahidə edilməsin. Avropadan tutmuş Asiyaya, Qərbdən Şərqə, hətta uzaq Avstraliya, Afrikaya qədər bütün coğrafiyada konfliktlər, münaqişələr, daxili gərginliklər və ziddiyətlər özünü büruzə verir. Bəs bütün bunların kökündə nə dayanır? Ümumiyyətlə, insanların sakit şəkildə, heç bir konfliktə getmədən, aralarında münaqişə olmadan yaşaması mümkün deyilmi? Araşdırmaçı Cəlal İbrahimov deyir ki, burada əsas maddi maraqlardır. Bura həm insanın fərdi, həm də dövlətin öz maraqları daxildir. Araşdırmaçı qeyd edir ki, tarix boyu insanlıq aləmi, şəxsi arzu və istəklərinin arxasından getdiyi üçün, bu yolun sonu daim fəlakətlərlə nəticələnib. Onun sözlərinə görə, İnsanlıq aləmi tərəfindən qurulan dövlətlər daim hiylə, xəyanət, yalan , fitnə, aldatmalar nəticəsində parçalanmalara məruz qalıb: "Bu cür hiylə və xəyanətlər hələ də davam etməkdədir. Tarixdə yaşandığı kimi, qardaşı qardaşa, milləti millətə vuruşduranlar, öz şəxsi çıxarları üzündən, insanlıq aləminin qətliamına göz yumublar. Edilən bu saxta əməllər yaradıcının doğru yerdə yaratdığı ədalətə qarşı etdikləri fitnələr, insanlıq aləminin ən böyük cəhaləti olub. Bu nankör insanlar və hökumətlər bilməlidirlər ki, tarixdən bu günə qədər etdikləri, bütün saxta əməllər insanlığa yaraşmayan ən böyük əxlaqsızlıqdır. Şəxsi çıxar və arzuları istiqamətində dünya torpaqlarını zəbt etmək və oradakı yerli xalqların qətliamına səbəb olmaq , Yaradıcının həm ədalətini, həm də var etdiklərini öldürməkdir.
Artıq müasir dünyamızda , insanlıq aləmi üçün, doğru yolda getməyin vaxtı gəlib çatıb. Bu gün dünyamızın ən böyük silahı, insanlığın ədalət və ədəb tərbiyəsi ilə yetişdirməkdən keçir. İnsanoğlu cəmiyyətdə faydalı bir fərd olmaq üçün , ədəbli, əxlaqlı, bilikli olaraq yetişdirilməlidir". Cəlal İbrahimov qeyd edib ki, insanlıq çevrəsində olan-bitənlər daima insan oğlunu düşündürməyə və anlamağa sövq edib: "Dünyanı və insanı yoxdan var edən, Ulu Tanrı var etdiyi möcüzələri görmək üçün, insan oğluna ağıl, düşüncə və görmə qabiliyyəti verib. Gördüyümüz bütün nemətlər və varlıqlar yaradıcı tərəfdən biz insanlara ədəb, əxlaq çərçivəsində təqdim olunub. Tanrı əliaçıq və cəsur davranaraq , insan oğluna bol nemət və tam müstəqil düşüncəsilə yaşama haqqını bəxş edib. Bütün dünyanı və canlıları ayırmadan, gecə-gündüz xidmət edən Uca Tanrının varlıqları insan oğlunu düşündürməlidir. Bir baxıma insan oğlu Tanrısına bənzəməli və Tanrının bu dünyadakı nemətlərini ədəb əxlaq çərçivəsində təqdim etməyi öyrənməlidir. Tanrının yaratdığı bütün varlıq və nemətlərə diqqət yetirsək görərik ki, bütün bu yaradılışlar insanlıq aləminin yaşaması üçündür. Uca Tanrının insan oğluna yaradıb təqdim etdiyi bütün varlıqlar insanlarda sadəcə sevmə düşüncəsini ortaya qoyub". Natiq bildirib ki, biz insanlar bütün varlıqlardan istifadə edərkən , ağlımıza sadəcə gözəl duyğular gəlir: "Bu baxımdan Tanrının bütün yaradılışları insan oğlunda sevgi duyğusunu ortaya çıxardır. Allahın insanlıq üçün yaratmış olduğu , bu xidmətlər görüldüyü kimi kamilcə təqdim olunub. Bu cür kamilcə təqdimatlar insanları sevgidə birləşdirən amillərdir. Tanrı tərəfindən təqdim olunan bu möcüzələr , insanlar tərəfindən görüb düşünülərsə, inanıram ki, insanların sözləri də , yazıları da Tanrının bizlərə təqdim etdiyi varlıqların ədəb formasına bənzəyəcək və özünə bunu hədəf seçərsə,bu dünyamızın qurtuluşu olacaqdır. Söz və yazılar insanlıq dünyamızın vəhdətinə xidmət etmirsə, o söz və yazılar insanlar arasında fitnə-fəsaddan başqa heç bir şeyə xidmət edə bilməz. Məhz buna görə də insan yaradıcının bizlərə təqdim etdiyi varlıqların hansı ədəbdə edildiyini görməli və bu yaşadığı dünyada Tanrının bu təqdim üsulunu özünə yol bilməlidir. Fəqət əksər insanlar əsli olmayan fikir və yazıları ilə dünyamızı qarışdırmaqla məşğuldurlar.Hər bir yazar düşüncələrini yazarkən və ya söylərkən, ədəbdən kənara çıxmamalıdır. Bütün yazılar mənfəətdən, irqçilikdən, radikalçılıqdan, kibrdən və nəfisdən uzaq olmalıdır. Hər bir insan söz söylərkən , qarşısındakı insana o sözləri elə təqdim etməlidir ki, o söz Tanrının biz insanlara bəxş etdiyi su və hava kimi olsun. Mənim də ən böyük məqsədim odu ki, yazılarım insanlığın həmrəyliyinə və birliyinə xidmət etsin. Bu haqq yolunda bütün yazarlar Dünya insanlığına Tanrının təqdim etdiyi xidmətlərdən nəticə çıxartmalı və bütün yazılarında insanlığı fitnələrdən uzaq tutan ədəb yolunu seçməlidir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31