Rövnəq Abdullayev Piarallahıda yığım nəqli sahəsinin açılışında iştirak edib

Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Pirallahı qəsəbəsində “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neftqazçıxarma İdarəsinə məxsus yeni yığım nəqli sahəsinin istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.

Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Pirallahı qəsəbəsində "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neftqazçıxarma İdarəsinə məxsus yeni yığım nəqli sahəsinin istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbir iştirakçılarını salamlayan SOCAR prezidenti yeni yığım sahəsinin istismara verilməsi münasibəti ilə NQÇİ-nin kollektivini təbrik edib. O, obyektin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra inzibati binaya baxış keçirib, sonra isə binanın qarşısında ağac əkib. Daha sonra Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər yığım nəqli sahəsindəki çənlər parkına baxış keçirmiş, onun iş rejimi və ərazisi ilə tanış olublar. Bildirilib ki, SOCAR-ın "Neftqaztikinti" Tresti tərəfindən 2013-cü ildən etibarən tikintisinə başlanan yığım nəqli sahəsinin ərazisi 6,4 hektardır. Yeni çənlər parkında 2 mərtəbəli inzibati bina, 24 ədəd müxtəlif tutumlu çən, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, neft və lay suları üçün nasosxanalar, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0.4 kv-luq elektrik yarımstansiyası fəaliyyətə başlayıb.. Qeyd olunub ki, çənlərdən 3 ədədi 3000, 6 ədədi 2000, 4 ədədi 1000, 5 ədədi 700, 4 ədədi 400, 2 ədədi isə 100 kubmetr maye tutumuna malikdir. Neft üçün nasosxanada 6 ədəd, lay suları üçün nasosxanada isə 4 ədəd nasos quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31