Gündəm

21 evi qarət edən dəstə zərəsizləşdirilib

11 Oktyabr 2017 16:11

Paytaxt Bakıda evləri qarət edən dəstə üzvləri tutulublar. Daxili İşlər Nazirliyindən (DİN) “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiklərinə görə, tutulan Kamil Məmmədovun, Cəlal İbrahimovun və Elçin Hüseynovla bağlı Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin avqust ayından indiyədək olan müddətdə rayon ərazisindəki 21 evdən qızıl əşyalar, mobil telefon, elektrik naqili və qaz sayğacı oğurlamaları da müəyyən edilib.

Hansı məhsullar daha çox bahalaşıb

11 Oktyabr 2017 16:10

Bu ilin 9 ayı ərzində infyasiya səviyyəsi 13.9 faiz olub. Dövlət Statustika Komitəsindən “Olaylar”a verilən məlumata görə, müvafqi dövrdə ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Həmçinin cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.

Sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan qadınlar üçün şans

11 Oktyabr 2017 16:08

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edib.

AŞPA-da bu gün sərsəmlik şousu oldu - Azərbaycanı kimlər, niyə "hədəf"ə alıb?

11 Oktyabr 2017 16:07

Avropa Şurasının baş katibi Turbyern Yaqlandın bilavasitə və birbaşa təzyiqi, təşəbbüsü və istəyi ilə Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı yönəlmiş iki sənəd qəbul olunub.

“Vüqar Qaradağlının üzünə tüpürüb dedim ki, nə üçün fahişəliyi təbliğ edirsiz?” — Rəşid Mahmudov

11 Oktyabr 2017 16:02

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov “Azad Azərbaycan” (ATV) telekanalının keçmiş rəhbəri Vüqar Qaradağlı və həmin telekanalın aparıcısı Zaur Baxşəliyev haqqında şok ittihamlar səsləndirib.

Avstriyalı şairlə “Oxu günü”

11 Oktyabr 2017 16:02

Oktyabrın 11-də  Dillər Universitetinin Alman oxu zalında avstriyalı şair Karl Lubomirski ilə “Oxu günü” keçirilib. Olaylar bildirir ki, görüşdə Təhsil, Tərcümə və mədəniyyətşünaslıq fakültələrinin tələbə və müəllim heyəti, həmçinin alman dili ilə maraqlanan şəxslər iştirak edib.

“Ana dilinin saflığının qorunması” adlı elmi-praktiki konfrans

11 Oktyabr 2017 16:01

“Azadlıq Hərəkatçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitutunun təşkilatı dəstəyi ilə Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Olaylar bildirir ki, konfansda layihə rəhbəri, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov vətəndaşların, xüsusilə gənclərin ana dilinin saflığının qorunmasında üzərinə düşən vəzifələrin vacibliyini bildirib. Konfrans iştirakçıları üçün İctimai Birliyin SƏS TV onlayn televiziyası ilə birgə istehsal etdiyi “Dilimiz reklamlarda” sənədli filmi nümayiş olunub. Filmdə Ana dilinin istifadəsində yol verilən qüsurlardan, dilimizə xələl gətirən amillərdən bəhs edilib.

Mərhəmət və xeyirxahlıq nümunəsi

11 Oktyabr 2017 15:54

İnsanlıq zirvəsini fəth etmək hər kəsə nəsib olmur. Bundan ötrü gərək ən azından ətrafındaklara yaxşılıq etməyi bacarasan, xeyirxah əməl sahibi olasan, mərhəmətlik kimi yüksək keyfiyyətlərə nail olasan. Almurad Əliyev məhz belə işıqlı şəxsiyyətlərdən idi.

Türk ordusu 7 kəndi azad etdi – İdlibdə ilk QƏLƏBƏ

11 Oktyabr 2017 15:46

İdlibin 7 kəndi türk ordusunun nəzarətinə keçib.  Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə keçirdiyi əməliyyat nəticəsində 20 kilometrlik ərazi və 7 kənd nəzarətə götürülüb. Təmzilənən ərazilərdə 30-dan çox post yaradılıb. Məlumata görə, təxribat hücumları olsa da, əməliyyat plana uyğun davam edir. Mənbələr növbəti hədəfin İzzət təpəsi olduğunu deyirlər.

Ramiz Əzizbəyli Azərbaycana gətirilir

11 Oktyabr 2017 15:43

Türkiyəyə aparılan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli bir neçə günə Azərbaycana qayıdacaq. Məlumata görə, aktyorun müalicə xərclərini üzərinə götürən şirkətin mətbuat nümayəndələri ilə görüşü də gözlənilir.

"Südpulu" almaq istəyən analar bu sənədləri təqdim etməlidirlər - RƏSMİ

11 Oktyabr 2017 15:42

Dünyaya yeni uşaq gətirən hər bir qadını maraqlandıran suallardan biri də maddi təminat, körpəsi üçün alacağı müavinətdir. Anaları ən çox düşündürən el arasında "südpulu" adlandırdığımız bu müavinətin necə alınacağı, hansı sənədlərin təqdim edilməsinin lazım olduğu, müavinətin birdəfəlik, yoxsa aylıq ödənəcəyi və s. kimi suallardır.

Lotereya bileti oğurladı - 10 min avro uddu

11 Oktyabr 2017 15:37

İtaliyanın Milan şəhərində bir şəxsin oğurladığı lotereya biletlərindən biri uduşlu olub. Məlumata görə, 44 yaşlı şəxs mağazadan bir neçə “poz-qazan” lotereya bileti oğurlayıb. Onlardan birində 10 min avro məbləğində uduş çıxıb. Təhlükəsizlik kameralarına düşən şəxs isə qısa müddət sonra polis tərəfindən saxlanılıb.

Azərbaycanın turizm imkanlarını əks etdirən yeni video-çarx

11 Oktyabr 2017 15:28

Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə hazırlanmış, Azərbaycanın turizm imkanlarını əks etdirən yeni videoçarx 10 oktyabr 2017-ci il tarixində büronun youtube kanalında və Red Bullun rəsmi saytında  yayımlanıb. “OLAYLAR”-ın xəbərinə görə. videonun əsas məğzi  ondan ibarətdir ki, Kenni yuxuda özünü Qobustanda yaşayan və qayaüstü şəkillər çəkən mağara insanı olduğunu görür və tədricən bu əraziləri özü üçün kəşf etməyə başlayır.

Rusiyada Azərbaycanın turizm potensialı təqdim edilir

11 Oktyabr 2017 15:25

Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyində bu ölkənin 100-dək turizm şirkətinin iştirakı ilə ölkəmizin turizm potensialının təqdimatı məqsədilə silsilə tədbirlərə başlanılıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə gör, tədbir Rusiya Federasiyasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiliyini həyata keçirən “Tour A Vent” şirkətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə “Şahdağ Turizm Mərkəzi”, “Qafqaz”, “Absheron Hotel Group”, eləcə də “Fairmont” və “Rixos” mehmanxanaları iştirak edib. Tədbir çərçivəsində hər bir mehmanxananın imkanlarını əks etdirən təqdimatlar olub.

Məşhur müğənni konsertinə gedə bilmir

11 Oktyabr 2017 15:24

Türkiyə ilə ABŞ arasındakı viza probleminin yaranması bir çox insanların səfərlərini təxirə saldı. Olaylar bildirir ki, məşhur Türk müğənnisi Çelik oktyabrın 29 – da Amerikada konserti olacaqdı. Lakin viza ala bilməyən müğənnin konserti təxirə salındı.