Rusiyada Azərbaycanın turizm potensialı təqdim edilir
Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyində bu ölkənin 100-dək turizm şirkətinin iştirakı ilə ölkəmizin turizm potensialının təqdimatı məqsədilə silsilə tədbirlərə başlanılıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə gör, tədbir Rusiya Federasiyasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiliyini həyata keçirən “Tour A Vent” şirkətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə “Şahdağ Turizm Mərkəzi”, “Qafqaz”, “Absheron Hotel Group”, eləcə də “Fairmont” və “Rixos” mehmanxanaları iştirak edib. Tədbir çərçivəsində hər bir mehmanxananın imkanlarını əks etdirən təqdimatlar olub.
11 Oktyabr 2017 15:25 SosialAzərbaycanın Rusiya Federasiyasındakı Səfirliyində bu ölkənin 100-dək turizm şirkətinin iştirakı ilə ölkəmizin turizm potensialının təqdimatı məqsədilə silsilə tədbirlərə başlanılıb. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə gör, tədbir Rusiya Federasiyasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiliyini həyata keçirən "Tour A Vent" şirkətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə "Şahdağ Turizm Mərkəzi", "Qafqaz", "Absheron Hotel Group", eləcə də "Fairmont" və "Rixos" mehmanxanaları iştirak edib. Tədbir çərçivəsində hər bir mehmanxananın imkanlarını əks etdirən təqdimatlar olub.
Qeyd edək ki, növbəti günlərdə silsilə tədbirləri çərçivəsində Sankt-Peterburq, Kazan və Yekaterinburq şəhərlərində də müvafiq təqdimat tədbirlərin keçiriləcək.