Gündəm
Vəhşi quş vətəndaşa baha başa gəldi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində reyd keçirilib. Olaylar bildirir ki, reyd zamanı Bakı şəhər sakini Taleh Cəfərquliyev Qaradağ rayonu Şıxov çimərliyinin sahil zolağında vəhşi qırğı quşunu gəzdirərkən saxlanılıb. Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.
Rusiyalı fotorəssamın “Məni çağırırsan, Azərbaycan” adlı fotosərgisi
Oktyabrın 13-də Bakıda “Nur art house” qalereyasında tanınmış rus fotorəssamı və jurnalisti Svetlana Komkovoyun “Məni çağırırsan, Azərbaycan” adlı eksperimental fotosərgisi açılacaq. Sərgi müəllifin Azərbaycan təbiəti ilə beşgünlük tanışlığının fotoreportajıdır.
Nazir cəbhə zonasına gedəcək
Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 16-da Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq qəbul keçirəcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri iştirak edəcək. Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Səməd Seyidov: "Azərbaycanla bağlı bu gün qəbul olunan qətnamələr AŞPA-ya utanc gətirən sənədlərdir"
“AŞPA-dakı bugünkü müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər". Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalmaqdadır
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.
Soçidə MDB ölkələri dövlət başçılarının sammiti keçirilir
Rusiyanın Soçi şəhərində MDBölkələri dövlət başçılarının sammiti başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə dövlət başçıları ilk olaraq məhdud çərçivədə görüş keçiriblər. Liderlər MDB çərçivəsində əməkdaşlığın əsas məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Nurlana Əliyeva: "Azərbaycan təhsili dünya təhsilinə çox yaxınlaşıb" AÇIQLAMA
“Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində bütün sahələrlə yanaşı təhsil sahəsinə geniş yer ayrılmışdı. Belə ki, təhsil naziri Mikayıl Cabbarov 4 il bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və sərəncamı ilə qəbul olunan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən işlərin hesabatını verərkən ölkəmizdə bu sahəyə nə qədər diqqət və qayğı göstərildiyi bir daha özünü göstərmiş oldu”. Bunu Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib.
Deputat: “Biz başqa yollara əl atmalı olacağıq”
“Azərbaycan Prezidenti hər zaman olduğu kimi yenə də oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirdi. Ölkə başçısının bu istiqamətdə səsləndirdiyi fikirlər müşavirədən bir neçə gün öncə Avropa siyasətçiləri, parlamentariləri ilə Bakıda keçirdiyi görüşdə kəskin şəkildə öz əksini tapmışdı”. Bunu millət vəkili Elman Məmmədov deyib.
Kataloniyanın müstəqilliyi ilə bağlı müəmmalı vəziyyət
İspaniya hökuməti Kataloniya rəhbərliyinə muxtar vilayətin müstəqillik elan edib-etməməsi barədə sual ünvanlayıb. Mariano Rahoy “Hökumət Kataloniya rəhbərliyindən müstəqilliyi elan edib-etməmələrinə dair izahat tələb edib”, - deyə bəyan edib. O, qeyd edib ki, bu tələb ölkə Konstitusiyasının 155-ci maddəsini işə salmaq üçün lazımdır: “Bununla da biz vətəndaşlara əminlik vermək istəyirik. Vilayət rəhbərliyinin cavabı yaxın günlərdə hökumətin hansı addımlar atacağını müəyyənləşdirəcək”.
Diktator amerikalıların vəhşiliklərini əks etdirən təşviqat-plakatları yayır
Qərb mətbuatında Şimali Koreya haqda tez-tez xarici dünyadan tamamilə təcrid edilmiş və qorxunun mənbəyi olan ölkə kimi yazırlar. Bunun bariz nümunəsi kimi orada zaman-zaman ortaya atılan təşviqat plakatlarını da göstərmək olar.
Bakıda terrorçular Milli Məclisə hücum edib deputatları öldürmək istədi
Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terrorçu qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış.
Azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 18-nə təyin olunub.
Mixail Qorbaçov: “Rusiyanın özündə xeyli “Kataloniya” var”
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov bildirib ki, Rusiyanın özündə xeyli "Kataloniya" var və əvvəlcə bunlardan baş çıxarmaq lazımdır. Bu barədə siyasətçi İspaniyadakı hadisələrlə SSRİ-də baş verənlə arasında paralellərin olub-olmaması barədə jurnalistin sualını cavablandırarkən deyib.
Çelik vize mağduru oldu, ABD'ye gidemiyor
Türkiye ile ABD arasında vize işlemlerinin askıya alınması Çelik'in konserini etkiledi. Müzisyen Çelik Erişçi, Türkiye ile Amerika arasındaki vize krizinin mağdurları arasına katıldı. ABD'de konser verecek olan Çelik 29 Ekim'deChicago gerçekleşecek sahnesini iptal etmek zorunda kaldı.
Hollywood'da taciz skandalı: Daha çocuktum, çok korktum!
Oscar ödüllü yapımcı Harvey Weinstein'in, hakkındaki cinsel taciz suçlamalarını kabul etmesinin ardından tacize uğrayan kadın oyuncular birer birer sessizliğini bozuyor. Angelina Jolie ve Gwyneth Paltrow'un da aralarında bulunduğu kadın starlar, New York Times Gazetesi'ne, 65 yaşındaki Harvey Weinstein'in kendilerini taciz ettiğini açıkladı.














