Gündəm
SOS! Rusiyada dabaq xəstəliyi qeydə alınıb
Rusiyanın Başqırdıstan Respublikasında qoyunlar arasında dabaq xəstəliyi qeydə alınıb. Məlumata görə, xəstəlik bölgənin bir neçə kəndində yayılıb. İlkin araşdırmalara əsasən, xəstəliyin Orta Asiya ölkələrindən gətirilən heyvanlardan keçdiyi məlum olub.
Lənkəran-Lerik yolunda sürüşmə sahələri aktivləşib
“Son günlər respublika ərazisində müşahidə edilən leysan yağışları sürüşmə sahələrini aktivləşdirib, yeni sürüşmə sahələri yaranıb”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Lənkəranskidən sonra Moskva bazarları necə idarə olunur? - “Gül kimi” narkotiklər...
Sentyabrın sonunda "Moskva" yarmarkasında - paytaxtın ən böyük ticarət komplekslərindən birində kütləvi dava baş verdi.
Azərbaycan qarşısına qoyduğu hədəflərə çatıb
Azərbaycan car il üçün qarşısına qoyduğu hədəflərə mərhələ-mərhələ nail olmaqdadır. Yeni dövr, situasiya üçün əsas hədəf ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsidir ki. əslində ölkəmiz bu sektorunun inkişafına hələ dünyada neft böhranı başlamadan öncə start verib.
16,6 min nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində 16 601 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib.
Türkiyədə "Akkuyu" AES-in tikintisi bu ilin sonunda başlayacaq
Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisi bu ilin sonunda başlayacaq. Məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.
Səyavuş Heydərov: Bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır
Bu gün nəinki Avropa strukturlarında, bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır. Bunu Brüsseldə Avropa İttifaqı (Aİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edən DQİDK-nin sədr müavini Səyavuş Heydərov deyib.
UEFA-nın ayırdığı vəsait klublarımızın hesabına köçürüldü
UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb. Məlumata görə, 2017-2018-ci il mövsümündə UEFA Avropa Liqası turnirində iştiraka görə UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb:
Azərbaycan Ermənistanın "İsgəndər" xəyalına son qoyur
Azərbaycanın bütün sahələrdə Ermənistanı üstələməsi, yaxın və uzaq qonşuları ilə qurduğu əlaqələr işğalçı ölkəni ciddi şəkildə narahat etməklə yanaşı, onu da müəyyən adekvat addımlar atmaq məcburiyyətində qoyur. Amma istər daxili, istərsə də xarici siyasətdə müstəqil kurs həyata keçirmək iqtidarında olmayan Ermənistan hakimiyyəti ənənəvi olaraq Azərbaycanınb artan gücü qarşısında balansı cənub qonşumuz vasitəsilə qorumağa çalışır. Çünki Avropaya çıxış, qitə ölkələri ilə əməkdaşlığı genişləndirmək istəyi onun ağası sayılan Rusiya tərəfindən məqbul hesab edilmir. Ən son bir müddət əvvəl NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərində Moskvanın ciddi təpkisi ilə İrəvanın bu təlimlərdən imtina etməsinin fonunda bunu gördük.
Kəşfiyyat: KXDR yeni qitələrarası raket istehsal edib
Şimali Koreyada sentyabrın sonlarında qitələrarası ballistik raketin yeni modelinin hazırlanması prosesi başa çatıb. Bu barədə Yaponiyanın "The Asahi Shimbun" qəzeti ABŞ və Cənubi Koreya mənbələrinə istinadən yazıb.
Kaliforniyada meşə yanğınları səbəbindən ölənlərin sayı 17-yə çatıb
Kaliforniya ştatının (ABŞ) bəzi şəhərlərində əhali meşə yanğınlarına görə evlərini tərk etməkdədir. Kaliforniyanın müxtəlif dairələrində kütləvi meşə yanğınları azı 17 nəfərin ölümünə səbəb olub. Yanğın təxminən 2 minədək evi və digər tikililəri məhv edib. Hazırda 17 yanğın ocağı söndürülüb. Güclü küləklər yanğının şiddətlənməsinə səbəb olub. Yanğın 115 min akr torpağı əhatə edib, ştatın 20 min sakininin təcili təxliyə edilməsinə səbəb olub.
“İki ABŞ vətəndaşına viza verilib” – Türkiyə XİN-i
Türkiyə ilə ABŞ arasında vizanın bərpası ilə bağlı bir irəliləyiş olub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, “Fənərbaxça”nın qadınlardan ibarət basketbol komandasının bu gün Avro Liqada qarşılaşacağı rəqibi Nadezhdanın iki ABŞ vətəndaşı olan oyunçusuna viza verilib.
"Ümumi tarix" dərsliyində yol verilən səhvlə bağlı ekspert rəyləri
Ötən gün orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində yer almış xəritə ilə bağlı məsələ müzakirə mövzusu olub. Belə ki, dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib. Tədris rus dilində aparılan ümumitəhsil müəssisələri üçün yeni çap olunmuş X sinif "Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb.
Türkiyənin DİN başçısı: “Son bir ildə 2 min 242 terrorçunu məhv etmişik”
“Son bir ildə terror qruplaşmalarına qarşı keçirilən 68 min 464 anti-terror əməliyyatı nəticəsində 2 min 242 terrorçu məhv edilib". Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Azercell yaranmış narahatlığa görə üzr istədi
Hazırda Azercell abunəçiləri tərəfindən Bakı şəhəri ərazisində 3G şəbəkəsinin səsli zəng xidmətlərində bəzi çətinliklər yaşanır. Bununla bağlı tövsiyə edirik ki, səsli zəng xidmətlərindən istifadə edərkən abunəçilərimiz 2G şəbəkəsinə keçsinlər.














