Gündəm
Mərkəz: Devalvasiyadan sonra Gürcüstan və Türkiyəyə axan vəsaitləri geri qaytara bildik
"Azərbaycan Mərkəzi Bankı (AMB) mütəmadi olaraq bazarda monitorinqlər aparır. Tənzimləyicinin əsas vəzifələrindən biri də inflyasiyanı hədəflənən səviyyədə saxlamaqdır. Bir çoxları deyir ki, Azərbacanda uçot dərəcəsi yüksəkdir. Bu səbəbdən ölkədə kreditlər yüksək faizlərlə verilir. Razıyam. Lakin reallıq nədən ibarətdir? Məsələ burasındadır ki, AMB maliyyə axınını təmin edərsə, inflyasiya sürətlənər, qiymətlər artar". Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Vüsal Musayev Azərbaycan-Almaniya biznes forumunun iştirakçılarının suallarını cavablandırarkən bildirib.
Erməni deputat: “Makron münaqişənin tənzimlənməsində aktiv iştirak edə bilər”
Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilər. Məlumata görə, bunu Ermənistanda səfərdə olan Fransa parlamentinin deputatı Daniel Kazaryan deyib.
“Sarkisyan Rusiyaya qarşı siyasi şantajla məşğuldur”
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən öncə tərəflər arasında məsləhətləşmə məqsədi daşıyırdı.
TUMİB gənclər arasında Azərbaycançılıq məfkurəsini təbliğ edəcək
Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyiilə "Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr" adlı layihənin icrasına start verib. Bu barədə məlumat “OLAYLAR”-a İctimai Birlikdən daxil olub.
Qubada 5 yaşayış məntəqəsini birləşdirən yol təmir edilir
Quba rayonu II Nügədi-Rustov avtomobil yolunun əsaslı şəkildə təmiri işlərinə başlanılıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, II Nügədi-Rustov avtomobil yolunun uzunluğu 8 km, hərəkət hissəsinin eni isə 7 m təşkil edir. Təmir-tikinti işləri çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənara daşınır.Yolun hərəkət hissəsi hazır olan yerlərə yeni 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə yolun 50 min m2-dən çox sahəsinin asfaltlanması nəzərdə tutulub.
Müəllim və valideynlərin müraciətinə baxılacaq
Oktyabrın 13-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Cəbhə xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə məlumat “OLAYLAR”-a Müdafiə Nazirliyindən daxil olub. Bildirilib ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.
"Kütləvi davada xəsarət alan şagirdin durumu nolmaldır" - 13 saylı məktəbdən açıqlama
Mingəçevir şəhər 13 saylı məktəbin rəhbərliyi şagirdlər arasında baş verən kütləvi davaya münasibət bildirib. Məktəbin tərbiyyə işləri üzrə direktor müavini İntizar Şirinova report-a baş verən xoşa gəlməz hadisədən hər kəsin təəssüfləndiyini bildirib.
"Qarabağ"ın rəqibi: "Qrup birincisi olmağa layiqik"
Çempionlar Liqasında ilk mövsümümdü. Bu turnirdə iştirak etmək çox xoşuma gəlir. Bu sözləri "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante deyib. Çempionlar Liqasının (ÇL) cari mövsümündə əvvəlcə "Qarabağ" (6:0), ardınca isə "Atletiko"ya (2:1) qalib gələn "zadəganlar" hazırda C qrupuna başçılıq edirlər.
Serbiyanın xarici işlər naziri Ərdoğan üçün mahnı oxudu
Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə bağlı verilən ziyafətdə türk dilində mahnı oxuyub. Məlumata görə, nazir R.T.Ərdoğanın oturduğu masaya yaxınlaşaraq “Osman Aga” mahnısını oxuyub.
"Rəcəb İvedik 5" filmi haqqında məhkəmə qərarı - "8 milyon..."
Ötən ay qala gecəsi keçirilən və qısa zamanda 8 milyondan çox tamaşaçının izlədiyi komediya filmi haqqında məhkəmə prosesi tamamlanıb. Baş rolunu Hakan Gökbaharın canlandırdığı "Camaşırxana" film istehsalı şirkəti tərəfindən ərsəyə gətirilən "Rəcəb İvedik 5" komediya filmi ssenaridə Türk millətini alçaldan səhnələr olduğu iddiası ilə şikayət edilmişdi. Ə.Yusif adlı izləyicinin şikayəti nəzərə alınaraq aktyor və çəkiliş heyəti haqqında istintaq başladılmışdı.
Süni sümük yaradıldı
Tomsk Dövlət Universitetinin (TDU) kimya fakültəsinin alimləri süni sümüyü təbii analoquna yaxınlaşdıran sümük toxumasının əsas mineral komponentinin sintezi metodunu işləyib hazırlayıblar. Alimlər hidroksiapatit adlı sümük toxumasının əsas mineral komponentinə lazımi məsaməliliyi təmin etmək üçün dəniz yosunlarından hazırlanan aqar-aqar bitki əsaslı jelatini əlavə ediblər və nəticədə bu tozun sintezinin yeni üsulu yaradılıb.
Müslüm Maqomayevin 75 illik yubileyi qeyd olunacaq
Opera və Balet Teatrı vaxtilə bu Teatrda çalışan görkəmli vokal, muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil edir. Olaylar bildirir ki, oktyabrın 21 – də nümayiş olunacaq növbəti belə tamaşa Müslüm Maqomayevin "Şah İsmayıl" operasıdı. Baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün görkəmli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq. Məlum olduğu kimi, istedadlı müğənni Opera və Balet Teatrımızın solisti olduğu illərdə onun repertuarındakı ən populyar partiyalardan biri də Aslan şah rolu olub. Teatr baş tutacaq tamaşanı müğənninin 75 illik yubilyinə həsr edir.
Azərbaycan müxalifətinin diktatoru
Hər sözlərində, əməllərində ard-arda çəkinmədən, usanmadan və ən əsası utanmadan Azərbaycanın müstəqilliyinə, inkişafına, siyasi sabitliyinə qarşı zidd mövqedə qərarlaşan, siyasi qüvvələrin dəyirmanına su tökdüklərini təsdiqə çevirən erməni xislətli Milli Şura mənsubları bu dəfə də həyata keçirdikləri qondarma mitinq nəticəsində Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, suverenliyinə və ən əsası xalqımızın qürur rəmzinə düşmən olduqlarını sübuta yetirdilər.
Əhməd Sami Elaydi tələbələrə mühazirə oxudu
Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Universitetin Təhsil fakültəsi tarix müəllimliyi ixtisasının tələbələrinin Qədim Şərq tarixi dərsinin mühüm tərkib hissəsi olan Qədim Misir tarixi və mədəniyyəti ilə bağlı dərs Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilib. Olaylar bildirir ki, iştirakçıları salamlayan Misir Mədəniyyət Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun yaranma tarixin və fəaliyyəti, Misir və Azərbaycan arasında mədəni əlaqələr barədə, eləcə də Xəzər Universiteti ilə əməkdaşlıq barədə geniş məlumat verdi.




.jpg)









