Müəllim və valideynlərin müraciətinə baxılacaq
Oktyabrın 13-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
11 Oktyabr 2017 13:51 SosialOktyabrın 13-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 214 nömrəli tam orta məktəbdə (Ünvan: Ə.Əzimzadə küçəsi 18) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.