Gündəm

MDB çərçivəsində separatizmə qarşı mübarizədə heç vaxt həmrəylik olmayıb

11 Oktyabr 2017 13:29

Bu günlərdə Azərbaycan diplomatiyası, xarici siyasətində bir hərəkətlilik müşahidə edilir.  Xarici siyasət idarəsi rəhbərinin bir neçə gün əvvəl Gürcüstana səfər etməsi, Tbilisidə GUAM toplantısı çərçivəsində keçirilən ikitərəfli görüşlər,  ondan əvvəl Macarıstan XİN rəhbərinin Azərbaycana gəlməsi və ən son Ukraynanın xarici işlər nazirinin respublikamıza səfəri deyilənləri təsdiqləyir. Onu da qeyd etmək lazımdır ki, Ukrayna xarici işlər nazirinin Bakıda azərbaycanlı həmkarı ilə keçirdiyi görüş və həmin görüş zamanı səsləndirilən bəzi fikirlər  bir çoxları üçün gözlənilməz oldu. Belə ki, Azərbaycanın paytaxtında Ukrayna XİN rəhbəri Rusiya əleyhinə sərt bəyanatlar səsləndirməklə yadda qaldı ki, bu da bir növ Bakını da zərbə altında qoymaq anlamı verirdi. Yəni, Pavlo Klimkin bununla Azərbaycanı da Ukrayna ilə bir sırada Rusiyaya qarşı cəbhədə görmək istədiyini ehtiva edirdi.  

Xaricdəki bəzi “demokratların” Azərbaycana qara yaxmaq cəhdi

11 Oktyabr 2017 13:26

Günümüzdə təəssüflər olsun ki, bir çox mənfi tendensiyalarla qarşılaşmaqdayıq. Biriləri orta məktəb dərsliklərində dənizdən-dənizə ideyasını özündə ehtiva edən “Böyük Ermənistan” xəritəsini çap etdirir, digərləri daji Nizamini fərs şairi kimi qələmə verir, bir başqası isə dilimizlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Bütün bunların fonunda dahi şair və yazıçılarımız, mütəfəkkirlərimizin zamanında qələmə aldıqları şerlər, əsərlərə diqqət yetirəndə, onları təkrar-təkrar oxuyanda  hazırda cərəyan edən hadisələr gözlər önündən keçir. Sanki dahi mütəfəkkirlərimiz o zaman qələmə aldıqları yazıları, şerlərini bu günün olaylarını görərək qələmə alıblar.

Baş katib konkret sualdan niyə yayındı?

11 Oktyabr 2017 13:24

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyası çərçivəsində Assambleya üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığını dəstəkləməyə və inkişaf etdirməyə dair məsələnin müzakirəsinə qoşulub. S.Seyidov mövzu ilə bağlı dinlənilən məruzənin vacibliyini vurğulayaraq bildirib ki, Assambleyada çox mürəkkəb vəziyyət yaranıb. AŞPA-nın yeni seçilən prezidenti Assambleyada birliyin, vahid mövqeyin təmin edilməsinə nail olacağına və yaranmış böhranı aradan qaldıra biləcəyinə ümid edir.

“Cücələrim” mahnısının bəstəkarının barelyefini oğurlayanlar tutulub

11 Oktyabr 2017 13:19

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyin ayrı-ayrı sutrukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan dəstə saxlanılıb. Həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədovla bağlı araşdırma aparılır.

Aydın Əliyev kərə yağının bahalaşması barədə

11 Oktyabr 2017 13:15

Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev kərə yağının bahalaşmasına münasibət bildirib. Qurum rəhbəri bildirib ki, DGK-nin vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir: "Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir".

Çingiz Qənizadə hacı Qalibin qeyri-ciddiliyini sübut etdi

11 Oktyabr 2017 13:13

Millət vəkili Çingiz Qənizadə xüsusi ittiham qaydasında şeyxin qudası hacı Qalib Salahzadəni məhkəməyə vermişdi. Ç.Qənizadənin məhkəməyə müraciət etməsinin səbəbi ikincinin onu nüfuzdan salmaq məqsədilə böhtan atması olub. Hacı Qalib Salahzadənin dediklərinin ciddi olmadığına və söylədiklərini tez-tez təkzib etdiyinə  mətbuat da həmişə şahidlik edib.

Ermənistan ölən əsgərlə bağlı məlumatı hamıdan gizlədib

11 Oktyabr 2017 13:11

Atəşkəs rejimini pozarkən Azərbaycan Ordusu tərəfindən məhv edilən 19 yaşlı erməni əsgər Caplin Marqaryan Armavir vilayətindən orduya çağırılıb. Bu gün ölüm xəbəri yayılan təxribatçı əsgər dünən səhər saatlarında yaralanıb.  Ermənistanın Müdafiə Nazirliyi məlumatı hamıdan gizlədib. Məlum olub ki, o, dünənatəşkəs rejimini pozmağa çalışıb. Nəticədə sinə nahiyəsindən güllə yarası alıb. Düşmən əsgəri təcili əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Caplin Marqaryan axşam saat 3 radələrində ölüb. O, 8 ay orduda xidmət edib. 

RƏSƏDXANA: Sabah saat 9-da Yerin yaxınlığından keçən asteroidi görmək olar

11 Oktyabr 2017 13:09

Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək. Bunu Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

“Sabah Bakıya çağırsalar, gedəcəm” - Erməni aktyor İŞĞALA QARŞI

11 Oktyabr 2017 13:08

“Əgər sabah məni Bakıya dəvət edəcəklərsə, gedəcəm”. Bu barədə erməni aktyor, SSRİ xalq artisti Armen Ciqarxanyan deyib. Onun sözlərinə görə, kimsə gülə, kimsə ağlaya, kimsə nəsə deyə bilər: “Amma mən gedəcəm. Nifrət etmək asandır, amma sevmək çətindir.

Moskva ABŞ Baş konsulluğunu b ağlamağa hazırlaşır

11 Oktyabr 2017 13:05

ABŞ-ın Rusiyadakı Baş konsulluqlarından biri bağlana bilər. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Georgi Borisenko bildirib. Diplomat qeyd edib ki, Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti ətrafında vəziyyətlə əlaqədar cavab ölçülərinin müxtəlif variantlarına baxır. “Moskvanın cavabına gəlincə, biz artıq açıq şəkildə dedik ki, diplomatiyada qarşıqlılığın dəyişməz prinsipi mövcuddur. Bu haqda amerikalılar da əla bilirlər”, - agentlik Borisenkonun sözlərini sitat gətirib.

ABŞ-Türkiyə gərginliyi

11 Oktyabr 2017 13:02

Birləşmiş Ştatlarla Türkiyə arasında ciddi siyasi böhran yaşanır. Hər şey Amerikanın Türkiyədəki diplomatik nümayəndəliyində çalışan bir əməkdaşının FETÖ terror qruplaşması ilə əlaqədə suçlu bilinərək həbs edilməsindən başladı. Əslində isə bu olaya qədər də Vaşinqton-Ankara münasibətləri bir o qədər normal deyildi.

Dinamik iqtisadi inkişafa aparan uğurlu siyasət

11 Oktyabr 2017 13:00

Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz müsbət nəticəsini vermişdir. Artıq Azərbaycan əldə etdiyi iqtisadi uğurlarına görə, nəinki MDB ölkələrini, eləcə də Avropanın bir sıra aparıcı ölkəlrini geridə qoyur. Ölkəmizin qazandığı iqtisadi naliyyətləri beynəlxalq qiymətləndirici qurumlar tərəfindən də təsdiq edilir.

AŞPA-da Azərbaycan üzrə iki hesabat təqdim olunub

11 Oktyabr 2017 12:58

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib. İlk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Şamaxı Rəsədxanasında 10 şöbə müdirinin yeri boşdur - İşçi AXTARILIR

11 Oktyabr 2017 12:56

AMEA-nın N.Tusi adına Şamaxı Astofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib. AMEA-dan verilən məlumata görə, 10 şöbənin müdiri vəzifəsi vacant vəzifə kimi təqdim edilib.

“Barselona”nın yeni hədəfi bəlli oldu: 100 milyonluq transfer gəlir

11 Oktyabr 2017 12:52

İspaniyanın “Barselona” klubu yeni transfer hədəfini müəyyənləşdirib. Katalonlar "Atletiko" klubunun ulduzu Antonio Qrizmanı heyətinə qatmaq istəyir. J.Neymarın “PSJ”-yə transferinə əngəl ola bilməyən klub A.Qrizmanın transfer müqaviləsindəki sərbəst qalma maddəsindən istifadə edəcək. “Barselona” həmin maddəyə əsaslanaraq, 100 milyon avro ödəyəcək və fransalı ulduzun transferini gerçəkləşdirəcək.