Xaricdəki bəzi “demokratların” Azərbaycana qara yaxmaq cəhdi
Günümüzdə təəssüflər olsun ki, bir çox mənfi tendensiyalarla qarşılaşmaqdayıq. Biriləri orta məktəb dərsliklərində dənizdən-dənizə ideyasını özündə ehtiva edən “Böyük Ermənistan” xəritəsini çap etdirir, digərləri daji Nizamini fərs şairi kimi qələmə verir, bir başqası isə dilimizlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Bütün bunların fonunda dahi şair və yazıçılarımız, mütəfəkkirlərimizin zamanında qələmə aldıqları şerlər, əsərlərə diqqət yetirəndə, onları təkrar-təkrar oxuyanda hazırda cərəyan edən hadisələr gözlər önündən keçir. Sanki dahi mütəfəkkirlərimiz o zaman qələmə aldıqları yazıları, şerlərini bu günün olaylarını görərək qələmə alıblar.
11 Oktyabr 2017 13:26 SiyasətBu məqam Dağlıq Qarabağ məsələsində də milli maraqlarımıza mənfi təsir göstərir
Günümüzdə təəssüflər olsun ki, bir çox mənfi tendensiyalarla qarşılaşmaqdayıq. Biriləri orta məktəb dərsliklərində dənizdən-dənizə ideyasını özündə ehtiva edən "Böyük Ermənistan" xəritəsini çap etdirir, digərləri daji Nizamini fərs şairi kimi qələmə verir, bir başqası isə dilimizlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Bütün bunların fonunda dahi şair və yazıçılarımız, mütəfəkkirlərimizin zamanında qələmə aldıqları şerlər, əsərlərə diqqət yetirəndə, onları təkrar-təkrar oxuyanda hazırda cərəyan edən hadisələr gözlər önündən keçir. Sanki dahi mütəfəkkirlərimiz o zaman qələmə aldıqları yazıları, şerlərini bu günün olaylarını görərək qələmə alıblar. Elə müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, hələ 100 il bundan öncə ziyalılarımız xalqımızın xarakterini iliyimizə qədər müşahidə etmiş, duymuşlar. Onun sözlərinə görə, Cəlil, Üzeyir, Sabir, Əli Nəzmi və yüzlərlə belə gözəl, milli duyğulu, vətən sevgili ziyalılarımız yorulmadan, usanmadan xalqımızın maariflənməsinə, dünya görüşlərinin inkişafına çalışmışlar: "Belə ünlü ziyalılarımızdan biri də Məhəmməd Hadi idi. Hadinin bir çox kəlamları ibrətli söz, sitat kimi dilimizə daxil olmuşdur. Bu deyimlərindən biri də "Çirmənirik arxa su gəlməmiş" fikridir. Bu 4 sözdə həqiqətən bizim xarakterimizin önəmli bir hissəsi yerləşib. Bu mütəfəkkir şairimizdən gətirdiyim bu sitat bu günlərimizdə daha çox yerinə düşür. Şükürlər olsun ki, xalqımız uzun illərin dərin yuxusundan ayılmaqdadır. Ayıldıqca hansı çətinliklərə, eybəcər durumlara, rəzilliklərə, fəzilətlərə düşdüyünün də fərqindədir. Bu hal təbii olaraq iqtidar-müxalifət münasibətlərinə də sıçramaqdadır". Rövşən Məmmədli deyib ki, bu gün əsas narahatedici məqamlardan biri bu gün müxalifətin, xüsusilə Qərbdə yaşayıb internet vasitəsilə haqq-ədaləti, ölkəmizin yaxşı gələcəyi üçün çalışdıqlarını iddia edınlərin söylədikləri fikirlərdə buraxdıqları böyük bir yanlışlıq: "Qarabağımıza vura biləcəkləri böyük bir səhv fikirləridir. Belə ki, internet kanallarında hakimiyyəti tənqid edən bu şəxslər Dağlıq Qarabağ, orada yaşayan ermənilərlə bağlı böyük bir səhvə yol verirlər. Özü də bu səhvi günü-gündən daha da qabartmağa çalışırlar ki, bu da haqlı narahatlıq doğurur. Həmin şəxslər ölkəmizdə demokratiyanın boğulduğunu, siyasi dustaqların çoxalmasını, insan hüquqlarının pozulmasını qeyd edərək ardınca da deyirlər ki, belə demokratiya pozulan, insan hüquqları tapdalanan ölkəyə ermənilər "tabe" olmağa, "birlikdə yaşamağa" razı olarlarmı. Mümkün ki, bu adamlar nə dediklərinin dərinliklərində gizlənən "özümüzə atəş açma"nı görmürlər. Ola bilsin onlar erməniləri yaxşı tanımadıqları, ermənilərin nə istədiklərini hələ də anlamadıqları, ermənilərin açıq-gizli planlarını bilmədikləri üçün belə danışırlar. Mən onların diqqətinə çatdırıram ki, bu saat azərbaycanlılar barmaqlarının beşini də bala batırıb ermənilərin boğazlarına dürtsələr də ermənilər, bu balı yalayıb özümüzə də belə sadəlöhvlüyümüzə görə gülərlər". Ekspert bildirib ki, ermənilər qarşılarına 200 ildir "Böyük Ermənistan" yaratmaq planı qoyublar və hər fürsətdə bunu həyata keçirməyə çalışırlar: "Azərbaycanın hakimiyyəti dünyanın ən gözəl demokratiyasını Azərbaycana gətirsə, hamını təcridxanalardan açıb buraxsa, belə ermənilər öz amplualarında qalacaq və əksinə yaradılan bu münbit imkanlardan öz xəyali ideyaları üçün yararlanacaqlar. Zatən ermənilər elə bizim bu səmimiyyətimizdən, son sözlərimizi öncədən söyləməyimizdan istifadə edib başımıza bəlaya çevriliblər. Bu internet kanallarının yayımlarının bu səpgidə yayımlarının ən qorxulusu odur ki, qazdan ayıq olan, bizim bütün hərəkət və əməllərimizi addım-addım izləyən erməni siyasətçiləri bu haqda söylənənləri, əsas tutub özlərinin bizdən ayrılmaları üçün" haqlı olduqlarını" qeyd edirlər. Bununla da ermənilər bu kimi hallardan istifadə edib bizim Qarabağla bağlı siyasətimizə aşırı zərbələr vura bilər,Qarabağı bu bahanələrlə bizdən qoparmaq üçün Qərb dövlətlərinin, siyasətçilərinin qulaqlarını doldurarlar: "Olmaz belə bəylər, qaş qayırdığınız yerdə vurub göz tökməyin. Qarabağ məsələsini siyasətə qatmayın. Qarabağda məsələ başqadır. Oranı ələ keçirmək "Böyük Ermənistanın" bir hissəsi etmək üçün 200 ilədir o bölgəyə gəlişməyə başlayan ermənilər uzun müddət orada gizlin hazırlıqlarını həyata keçirib hər fürsətdə bizə qarşı çıxıblar. Hazırda da oranın 70 mindən artıq aboregen xalqı olan Türkləri oradan deportasiya etmiş, xalqımızın min illər boyu orada formalaşmış mədəniyyətini sonacan məhv etmiş, yaxud öz adlarına keçirmiş, dünyada analoqu olmayan separatçılığa yol vermiş, haqqımızda çox həyasızcasına yalanlar yaymış, Xocalı boyda qətliam törətmiş, minlərlə qadın, uşaq. yaşlı, xəstəni əsir almış, ən amansız üsullarla.qəddarlıqla soydaşlarımızı öldürmüş, bir sözlə Qarabağımızdan əl çəkməyimiz üçün bizə qarşı hər cürə alçaqlıqları yapmışlar. Giya İrəvanda hakimiyyət normaldır". Ekspert deyib ki, bu gün Qarabağda, İrəvanda sadə xalq, məzlum xalq öz "iqdarlarının" zülmü. basqısı altındadır: "Bu aydındır. Aydın olmayan Qarabağ məsələsini, xalqımızın Qarabağ sevgisini, Qarabağı azad etmək istəyinə absurd fikirlərlə ləkə salmağa bilərəkdən ya bilməyərəkdən göstərilən anlaşılmaz söhbətlərdir. Dağlıq Qarabağ erməniləri bu gün acından qırılmaq təhlükəsi qarşısındadırlar, erməni silahlı quldurlarının basqıları altındadırlar, onları mələyə çevirib bizim iqdiraı "Div" şəkilində təqdim etmək yanlışlıqdır və bir anda aradan qaldırılmalıdır. Əks təqdirdə bu gün Sizə inananlar, sabah sizlərə nifrətlə baxarlar. Şeytanla cini bir-birinə qatmayın. Dediklərinizi öncə beyninizin nəzarətindən keçirin. Dediklərinizin bizim milli maraqlarımıza uyğun olub olmamasını düşünün, sonra danışın bəylər".
Süleyman