Gündəm
Deputat: Azərbaycan iqtisadi inkişafa uğurlu siyasətin nəticəsində nail olub
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqi dövrün reallıqlarını qiymətləndirmə baxımından əhəmiyyətli olduğu kimi, həm də dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasını daim nəzarətdə saxladığını göstərir.
AFFA-dan Prosineçkinin qərarı haqda: Gedəni saxlamazlar
“Məsəl var – gedəni saxlamazlar. Robert Prosineçki getmək fikrindədirsə, AFFA rəhbərliyinin onu saxlaya biləcəyinə inanmıram”. Bunu açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin postunda işini davam etdirmək istəməməsinə münasibət bildirərkən deyib.
Sarkisyan Soçiyə Əliyevə təslim olmağa gedir: “Ermənistanı qaranlıq gecə gözləyir”
Bu gün MDB dövlət başçılarının Soçidə sammiti keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Soçiyə səfər edib. Soçidə keçirilən sammitdə Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi haqda ehtimallar səsləndirilir. Bununla bağlı heç bir rəsmi məlumat olmasa da, bir neçə ay öncə prezidentlərin ilin sonuna kimi Rusiyanın təşkilatçılığı ilə görüşəcəyi haqda yayılan məlumatlar bu ehtimalı artırır. Hər şey günün sonunda bəlli olacaq.
“AtaTravel” turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir
“AtaTravel” turizm şirkəti ali məktəblərin turizm fakültələrinin yuxarı kurslarında (III-IV kurslar) təhsil alan tələbələr üçün tur proqram hazırlamaqla bağlı müsabiqə təşkil edir. Bu barədə məlumat “OLAYLAR”-a şirkətdən daxil olub. Bildirilib ki, adıçəkilən kateqoriyaya aid tələbələr müsabiqəyə xarici turistlər üçün nəzərdə tutulmuş Azərbaycan daxilində tur proqram təqdim edə bilərlər. Tur proqram Azərbaycanın istənilən bir turizm bölgəsinə aid olmaqla, həmin regiona aid əlamətdar turizm nöqtələrini və marşrutlarını əhatə etməli, əsaslandırılmış olmalıdır. Hər müsabiqə iştirakçısı olan tələbə yalnız bir tur prqoram təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən müvafiq kateqoriyaya aid tələbələr CV ilə birlikdə tur proqramı oktyabr ayının 11-dən noyabr ayının 11-nə qədər [email protected] ünvanına göndərməlidirlər. Əlavə məlumat üçün +99412 493-05-01/08 şəhər telefonlarına zəng vurmaq olar.
Meksikada cinayətkara rekord cəza – 430 İL HƏBS
Meksikada 11 cinayətdən təqsirli bilinən şəxsə rekord cəza verilib. Olaylar bildirir ki, 2009-2012-ci illərdə ölkənin şimalında Chihuahua əyalətində 11 qadını öldürməkdə ittiham olunan Pedro Payan Gloria 430 il həbs cəzasına məhkum edilib. Həmçinin Gloria sonradan 15 yaşlı qızları da daxil olmaqla qurbanlarını narkotik maddə ticarəti üçün qətlə yetirib.
"Strateji yol xəritəsi ölkəmizin gələcək inkişafının qarantıdır"
“Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları deməyə əsas verir ki, sənəd üzrə nəzərdə tutulmuş işlər ardıcıl və yüksək keyfiyyətlə icra olunmaqdadır”. “OLAYLAR” xəbər verir ki, bunu Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarına münasibət bildirərkən deyib.
Direktor müavinləri ilə görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzində ümumi təhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Samirə Bektaşi, mərkəzin Təhsilalanlarla işin təşkili və idarəolunması bölməsinin müdiri Səidə Musayeva və paytaxtın qabaqcıl məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.
Gaziantep Universitetində Dədə Şəmşirin büstü quruldu
Türkiyənin Gaziantep Universitetinin Türk Musiqi Dövlət Konservatoriyasında Azərbaycan saz ifaçılıq sənətinin ustadlarından sayılan Dədə Şəmşirin büstü qurulmuşdur. Bu barədə universitetin azərbaycanlı professoru Ilqar Immamverdiyev məlumat verrmişdir. O, demişdir: Büst böyük ifaçının 125 illiyi münasibəti ilə uçaldılmışdır.
BMT Əhali Fondu Azərbaycanda uşaqlar arasında cins nisbətinin pozulmasından narahatdır
BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi Azərbaycanda doğulan uşaqlar arasında cinsi nisbətinin pozulmasından narahatlığını bildirib.
"Bu, icra hakimiyyətlərinə dərs olar"
Əgər hər hansı sahibkara bölgələrdə turizmin inkişaf etdirilməsi üçün yerli icra hakimiyyəti tərəfindən süni maneələr yaradılırsa və qeyri-rəsmi nələrsə tələb edilirsə, onlar müvafiq orqanlara şikayət edə bilərlər. Bu həm də vətəndaş aktivliyinin nümunəsi ola bilər. Həmçinin digər bu fikirdə olan adamlara da dərs olar.
Taksi sürücüsündən aktrisaya qarşı dələduzluq
"İçerde" serialında Celal Babanın həyat yoldaşı obrazını canlandıran aktrisa Gözde Kansu taksi sürücüsünün dələduzluğu ilə qarşılaşıb. Aktrisa mindiyi taksidə sürücünün xəstə uşağının olduğunu və ona dərman ala bilmədiyini dedikdən sonra bank hesabından pul çəkərək ona verib.
Yağış yağacaq, küclü külək əsəcək
Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.
Aprel şəhidi ilə bağlı sənədli film çəkilir
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun maliyyə dəstəyi ilə "Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev zirvəsi” – adlı qısametrajlı sənədli film çəkir. Qafqazın ən böyük xəbərkanalı olan "ARB24”-ün texniki dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rahim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir.
Samir Şərifov ABŞ-da tədbirə qatılacaq
11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək. “Olaylar” xəbər verir ki, toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.
O hər zaman məni bu gün üçün hazırlayırdı...
Oktyabrın 11-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşləri zamanı şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin ailəsini ziyarət edib.














.jpg)