Gündəm

DİQQƏT: Xəstəxanada dünyasını dəyişən naməlum kişinin yaxınları axtarılır 

11 Oktyabr 2017 11:59

Cari ilin sentyabr ayının 23-də saat 22:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısında 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və orada həmin şəxs dünyasını dəyişib.

Deputat: Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar

11 Oktyabr 2017 11:57

Bu bir həqiqətdir ki, regionun inkişafı, həyata keçirilən bütün layihələr yalnız Azərbaycan vasitəsilə, ölkəmizin dəstəyi ilə mümkündür. Bunu  Milli Məclisin deputatı Bəxtiyar Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ərzaq məhsullarının qiyməti bahalaşıb -  Rəsmi

11 Oktyabr 2017 11:55

2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.

“Ölüm qrupları” Türkiyəyə göndərilir - Genişmiqyaslı hücum ƏMRİ VERİLDİ

11 Oktyabr 2017 11:52

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətinə girməsindən təlaşa düşən PKK/PYD (PYD PKK terror təşkilatının Suriya qolu hesab olunur –red.) terror təşkilatı oktyabrın 8-da Suriyanın şimalında 4 ayrı toplantı keçirib.

"Prodüser müğənninin çörəyini yeyir" - Günay İbrahimlidən QALMAQALLI AÇIQLAMA

11 Oktyabr 2017 11:50

"5/5" verlişində Zaur Kamalın qonağı olan Günay İbrahimli maraqlı açıqlaması ilə yadda qalıb. Gənc ifaçı Zaurun "Günay hazırda kim kimin çörəyini yeyir. Prodüser müğənninin, yoxsa müğənni prodüserin?" sualına "Prodüser müğənninin çörəyini yeyir. Müğənni elə öz çörəyini yeyir" cavabını verib.

"Hamıya sübut etmək istəyirdim ki, bu..." - Faytonçu Nazim

11 Oktyabr 2017 11:45

Maşından əlimi çəkməyim mexaniki baş verən hadisədir. Bu sözləri teleqraf.com-a açıqlamasında ötən gecə maşını tərk edən müğənniNazim Pişayri (Faytonçu Nazim) deyib.

Rövşanə "qaçqın günündəsiz" dedi, mübahisə düşdü - VİDEO

11 Oktyabr 2017 11:43

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla aparıcı Rövşanə Ağasəfqızı arasında mübahisə düşüb. "Səhər-səhər" proqramına qonaq olan Y.Muradov aparıcının ünvanına bunları deyib: "Bir dəfə efirdə dediniz ki, qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar. Mən də sizin həmin çıxışınızın video yazısı var. Saxlamışam ki, sabah dansanız, göstərim".

"Növbəti görüşdə Rusiyanın irəli sürdüyü təkliflər müzakirə mövzusu olacaq" AÇIQLAMA

11 Oktyabr 2017 11:42

“Artıq həm ABŞ, həm Fransa, həm də Rusiya Azərbaycandakı real vəziyyəti, ölkəmizin çox mühüm hərbi texniki üstünlüklər qazandığını yaxşı bilirlər. Həmsədrlər anlayır ki, əgər diplomatik vasitələr tamamilə sıfıra ensə, bu, toqquşma ehtimalını artıracaq. Ona görə də hazırda biz beynəlxalq vasitəçilərin fəallığını görməkdəyik”. Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilir

11 Oktyabr 2017 11:36

ABŞ Senatının demokrat üzvü Brendan Boyl Livanın “Hizbullah” təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni sanksiyaların tətbiqini təklif edib. Senatorun hazırladığı sənəd Nümayəndələr Palatasının beynəlxalq işlər üzrə komitəsində bəyənilib.

49 yaşlı Rafet El Roman: “Eşqdən doymamışam, 3-cü dəfə evlənə bilərəm”

11 Oktyabr 2017 11:34

İki dəfə rəsmi şəkildə ailə quran Rafet El Roman bildirib ki, yenidən evlənməyi düşünür. Sevilən ifaçı hazırda həyatında heç kimin olmadığını deyib. O, açıqlamasında eşqdən, sevgidən doymadığını xüsusi vurğulayıb. Yenidən aşiq olmağı çox arzuladığını dilə gətirən Rafet "Evlilik mənim üçün müqəddəsdir. Bir dəfə də evlənəcəyəm, amma bu, son olacaq" deyərək üçüncü dəfə evlənəcəyi mesajını verib.

Türkiyədə neft emalı zavodunda partlayış olub

11 Oktyabr 2017 11:33

Türkiyənin İzmir şəhərində "Tupras" şirkətinə məxsus neft emalı zavodunda partlayış olub. Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib. Hadisə nəticəsində iki nəfər ölüb. Hazırda ərazidə xilasedicilər və yanğınsöndürənlər çalışır.

Prezident İlham Əliyev Soçiyə gedib

11 Oktyabr 2017 11:32

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Soçiyə şəhərinə gəlib. Dövlət başçısının təyyarəsi Soçi hava limanına enib. Səfərin məqsədi MDB ölkələri dövlət başçılarının sammitində iştirak etməkdir.

İspaniya hökuməti Kataloniya prezidentinə 1 ay vaxt verdi

11 Oktyabr 2017 11:27

Kataloniyada keçirilən müstəqillik referendumundan sonra İspaniyada gərginlik davam edir. İspaniya hökuməti dialoqa başlaması üçün Kataloniya lideri Puçemonta 1 ay vaxt verib. Digər tərəfdən isə İspaniya baş nazirinin müavini açıqlama verərək bildirib ki, parlament çərşənbə günü Kataloniyadakı referendumu müzakirə etmək üçün təcili iclas çağırıb.

ABŞ-İran gərginliyinə Rusiya da daxil oldu

11 Oktyabr 2017 11:21

ABŞ prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçilər Korpusunu terror siyahısına daxil etmək barədə fikir səsləndirib. Bu xəbər İranın çox sərt reaksiyalarına səbəb olub və başqa bir açıqlama da Rusiyadan gəlib. Kremlin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib ki, Moskva ABŞ-ın bu planına müsbət yanaşmır.

Boşanmanın evlilikle ilgili öğrettiği 14 şey

11 Oktyabr 2017 11:20

Evlilik bittikten sonra yapılan hatalar üzerinde durmak kolaydır ama işe bir de iyi tarafından bakın: Bir boşanma yaşamak sizi aşkla ilgili daha deneyimli ve akıllı kılar. Evliliğinizi yürütemediniz belki ama artık bir ilişkiyi güçlü ve sağlıklı kılmak için neler yapmanız gerektiğini daha iyi biliyorsunuz. HuffPost bloggerları ve okuyucularına boşanmadan çıkardıkları dersleri sordu ve gelen cevapları düzenleyerek yayınladı: