49 yaşlı Rafet El Roman: “Eşqdən doymamışam, 3-cü dəfə evlənə bilərəm”

İki dəfə rəsmi şəkildə ailə quran Rafet El Roman bildirib ki, yenidən evlənməyi düşünür. Sevilən ifaçı hazırda həyatında heç kimin olmadığını deyib. O, açıqlamasında eşqdən, sevgidən doymadığını xüsusi vurğulayıb. Yenidən aşiq olmağı çox arzuladığını dilə gətirən Rafet "Evlilik mənim üçün müqəddəsdir. Bir dəfə də evlənəcəyəm, amma bu, son olacaq" deyərək üçüncü dəfə evlənəcəyi mesajını verib.

Rafet El Roman ilk dəfə Tuğba Altıntopla 1996-cı ildə evlənib, onlar 2002-ci ildə rəsmi qaydada boşanıb. Cütlüyün Şəvval və Su adında iki qızı var. Müğənni 2014-cü ildə özündən 20 yaş kiçik Ceren Kaplakarslanla ailə qurub. Onun bu nikahı da uzun müddət davam etməyib. Cütlük ötən ilin oktyabrında ayrılıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31